Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

İlham Rəhimov Məmməd İsmayılla görüşdü - Foto

Baxılıb: 1 783     Tarix: 03-09-2018 16:38   

Hüquq elmləri doktoru, professor İlham Rəhimov Azərbaycanın tanınmış şairi, hazırda Türkiyədə yaşayan, Çanaqqala Universitetinin professoru Məmməd İsmayılla görüşüb.
Kult.az xəbər verir ki, görüşdə müxtəlif mövzular ətrafında maraqlı fikir mübadiləsi aparılıb, keçmiş illərlə bağlı şirin, kövrək xatirələr yada salınıb.
Professor İlham Rəhimovla görüşdən məmnun qaldığını deyən Məmməd İsmayıl qeyd edib ki, Azərbaycana bir neçə həftəliyə qonaq gəlib:
“Bu fürsətdən yararlanıb İlham müəllimlə görüşmək istədim. Bugünkü görüşün baş tutmasına, təklifimi qəbul etdiyinə görə professora təşəkkür edirəm. İlham Rəhimov hər yerdə olduğu kimi Türkiyədə də böyük hörmətə malikdir. İki ölkə arasında qarşılıqlı və sıx əlaqələrin yaranmasında, qardaşlıq və dostluq münasibətlərinin möhkəmlənməsində İlham müəllimin danılmaz xidmətləri vardır”.
Professor İlham Rəhimov da Məmməd İsmayılla görüşdən şad olduğunu diqqətə çatdırıb:
“Bu gün Məmmədlə olan görüşümüz çox səmimi, yadda qalan oldu. Hər şeydən danışdıq, keçmişə qayıtdıq, cavanlıq illərimizi xatırladıq. Məmməd İsmayıl şəxsiyyətinə və yaradıcılığına hörmət etdiyim insandır. Onun şeirlərini sevə-sevə oxuyuram. Qəlbi Azərbaycanla döyünən ziyalılarımızdandır”.
Sonda İ.Rəhimovla M.İsmayıl xatirə şəkli çəkdiriblər və müəllifi olduğu kitabları bir-birinə hədiyyə ediblər.



Ən çox oxunanlar
{sape_links}{sape_article}