Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

"Bəzi qruplar Aşurada təxribat törətmək istəyir" - Allahşükür Paşazadə

Baxılıb: 674     Tarix: 04-09-2018 12:27   

"Bəziləri Məhərrəm ayında sünni-şiə mövzusu ilə, müəyyən fikir ayrılıqları ilə problemlər yaratmağa, təxribat törətməyə cəhd edirlər".
"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Məhərrəm ayının başlanması ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu təxribatı yaratmaq istəyənlərin əsas niyyəti dini öz məqsədləri üçün istifadə etməkdir: "Bu da əlbəttə, yolu xaricdən göstərilən və maliyyələşdirilən bəzi qrupların atdığı addımlardır".
QMİ sədri qeyd edib ki, Azərbaycan cəmiyyəti sünni və şiə ayrı-seçkiliyi salmadan həqiqətin nə olduğunu çox gözəl bilir: "Ölkədə dindarlarla dövlət vəhdəti yüksək səviyyədə qurulub. Əsas çağırışlar dövlətə qulluq və Allaha düzgün ibadət etməklə bağlıdır".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar