Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Nazirlik qanunsuz ova cəhd edənləri cərimələdi

Baxılıb: 558     Tarix: 11-09-2018 10:57   

Nazirlik əməkdaşları icazəsiz ov cəhdinin qarşısı alıblar.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Qanunvehedef.az-a verilən məlumata görə, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları tərəfindən Ağzıbir ovçuluq təsərrüfatına müvafiq icazə olmadan daxil olan Şabran rayon sakini Hətəm Teyyubov, Şamaxı rayonunun dağlıq ərazisində isə ova cəhd edən Bakı şəhər sakini Nazim Rzayev saxlanılıb.
Onlardan iki ov tüfəngi, 11 patron götürülüb.
Təqsirkarlar barəsində qanunamüvafiq tədbir görülüb və hər birinə inzibati qaydada 1000 manat məbləğində cərimə tətbiq edilib.



{sape_links}{sape_article}