Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Gəncənin yeni başçısından mühüm tapşırıq

Baxılıb: 648     Tarix: 11-09-2018 11:33   

Gəncə Şəhər İcra Hakimiyyətinin yeni başçısı Niyazi Bayramov Aşurə öncəsi şəhərdə olan bütün məscidləri ziyarət edib.
Qanunvehedef.az unikal.org-a istinadən xəbər verir ki, icra başçısı Məhərrəmlik ayının başlanması ilə əlaqədar "İmamzadə" ziyarətgahında olub. O, ziyarətgah ətrafında təmizlik işlərinin aparılması, işıq dirəklərinin yenilənməsi, yaşıllıqların bərpası üçün göstəriş verib. İcra başçısı həmçinin, İmamzadə məscidində 5000 nəfərə yaxın insanın otura biləcəyi mərasim zalının açarını da yenidən dindarlara təqdim edib.
Sabahdan etibarən İmamzadə ziyarətgah kompleksi dindarların istifadəsinə veriləcək. Məhərrəmlik ayının ilk günündən sonuna qədər ziyarətgah kompleksində olan Hüseyniyyə məscidində kişilər, Zeynəbiyyə məscidində qadınlar dini ayınləri yerinə yetirəcəklər.
Niyazi Bayramov bundan başqa, Gəncə şəhərində yerləşən iki məsciddə təmir-bərpa işlərinin aparılması barədə də tapşırıq verib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar