AÇIQ MÜRACİƏTNAMƏ
Baxılıb: 564 Tarix: 12-09-2018 12:24
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevə
Azərbaycan Respublikasının Birinci Vitse - Prezidenti Mehriban xanım Əliyevaya
Surəti: "Qanun və Hədəf" beynəlxalq ictimai-siyasi hüquq qəzeti redaksiyasına
Sumqayıt şəhəri, 8-ci mkr., ev 34/12, mənzil 12 ünvanda yaşayan Hüseynova Xanım Nəsib qızı tərəfindən Təkrar
Ə R İ Z Ə
Cənab Prezident!
Bütün analar faciəvi günlər yaşadığı zaman yuxarıda Allah, aşağıda Sizlərdən imdad dilədiyi kimi, mən də Sizin ana fəryadına səs verəcəyinizə ümid bağlayaraq, Sizə güvənib, Sizdən kömək istəməli oldum.
Belə ki, 19.10. 2013-cü ildə Sumqayıt şəhərində yerləşən "Karvan" Ticarət Mərkəzində baş vermiş yanğının söküntü işlərində işləmək üçün oğlum Hüseynov Ramil Rafiq oğlunu əvvəldən qaynaqçı kimi tanıdıqlarından, onu söküntü işlərində işləmək üçün işə dəvət etmişdilər.
Oğlumu orada əmək müqaviləsi olmadan qeyri-qanuni olaraq işlətdikləri zaman 29.10.2013-cü ildə yanan divar oğlumun üstünə aşdığından, o, başından çoxsaylı xəsarətlər almış, xəstəxanaya çatdırıldıqdan iki saat sonra vəfat etmişdir. İş üzrə cavabdeh Əhədov Ağamirzə Qulam oğlu cinayət məsuliyyətindən kənarda qalmış və oğlumun ailə - uşaqlarına heç bir təminat verməmişdir. Əhədov Ağamirzə Qulam oğlu 04 iyun 2016-cı il tarixdə vəfat etdikdən sonra "Karvan" İstehsalat Kommersiya Şirkəti MMC-yə onun oğlu Əhədov Kamil Ağamirzə oğlu sahiblik edir. Baş vermiş bu cinayət işi ilə əlaqədar gəlinim Hüseynova Ləman Yusif qızı və qızım Hüseynova Mənsurə Rafiq qızının tələb iddialarına iş N: 2 (060) - 11465/2016 üzrə 14 sentyabr 2016-cı il tarixdə Sumqayıt şəhər Məhkəməsi və Bakı Ağır Cinayətlər Məhkəməsi 1(101) - 417/2014. 16 aprel 2014-cü il. Bakı şəhəri. Hər iki məhkəmə tərəfindən qeyri-obyektiv qətnamə çıxarılaraq hansı müəmmalı neqativ səbəbdənsə cavabdeh və günahkar "Karvan" İstehsalat Kommersiya Şirkəti MMC-nin sahibi Əhədov Ağamirzə Qulam oğluna və Ağamirzənin ölümündən sonra "Karvan" İstehsalat Kommersiya Şirkəti MMC-yə sahiblənmiş Ağamirzənin oğlu Əhədov Kamil Ağamirzə oğluna "gözün üstə qaşın var" deyən olmamışdır. "Karvan" Ticarət Mərkəzi rəhbərliyi istər ata, istərsə oğul heç biri cinayətə cəlb edilməmiş, heç nə olmamış kimi cinayət məsuliyyətindən kənarda qalaraq, oğlum Ramilin qanın batırmışdır.
Qeyd etdiyim kimi, Ağamirzə və onun oğlu Kamil törətdikləri qatı cinayətdən süni şəkildə məhkəmələr tərəfindən kənarda qoyularaq, şikayətçi olmadığımız bir şəxsi - Vəliyev Vəli Məhəmməd oğlunu formal olaraq məsuliyyətə alıb 4 il 6 ay iş kəsmişlər. Mən oğlumun qanın batıran "Karvan" Ticarət Mərkəzinin hal-hazırki sahibi Əhədov Kamil Ağamirzə oğlundan şikayətçiyəm və hökm çıxarmış hər ki məhkəmənin qətnaməsindən narazılığımı bildirirəm və narazıyam.
Mən bu vaxta qədər sözügedən bu cinayət işi ilə əlaqədar aidiyyati qurumlara etdiyim müraciətlər nəzərə alınmamışdır.
Odur ki, "Karvan" İstehsalat Kommersiya Şirkəti MMC-nin sahibi Əhədov Kamil Ağamirzə oğlunun cinayət məsuliyyətinə cəlb edilməsinə dair tədbir görülməsi üçün aidiyyati Dövlət və Hökumət orqanlarına göstəriş verməyinizi rica ilə xahiş edirəm.
Ümidim var ki, etdiyim xahiş tərəfinizdən nəzarətə götürdülərək müvafiq tədbir görüləcəkdir.
Aidiyyati sənədləri ərizəmə əlavə etmişəm.
Hörmətlə,
İmza: Xanım Hüseynova AZE N:03476436
Tel.mob: (050) 559 05 18
Ən çox oxunanlar
Son xəbərlər