Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Aşurada zəncir vurmaq xristianlıqdan gəlib - Şok

Baxılıb: 764     Tarix: 12-09-2018 16:23   

Aşura mərasimi islama xas olan bir ayin deyil. O, şiə ideologiyasının digər elementləri kimi, islam yaranandan bir neçə əsr sonra, indiki İran ərazisində formalaşıb.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında Azvision.az saytının baş redaktoru, tanınmış jurnalist Vüsal Məmmədov Aşura mərasimi ilə bağlı fikirlərini bölüşərkən deyib. O, şiə məzhəbində xristian dininə xas əlamətlərin olduğunu bildirib:
“Şiəlik, müasir dillə desək, Xilafətin hakim məzhəbinə qarşı müxalifətdə olan dini qüvvələrin ideologiyası idi. Həmin qüvvələr tamamilə klassik sxem üzrə Xilafətin (yəni imperiyanın) periferiyasına sığınaraq, hakimiyyətə gəlmək üçün yeni cərəyan formalaşdırmağa çalışırdılar. Buna görə də şiəliyin ilk ideoloqları hakimiyyətdə olan rəsmi islam məzhəbindən maksimum fərqlənmək üçün digər dinin - xristianlığın elementlərindən gen-bol istifadə ediblər. Məsələn, xristianlıqda İsa və 12 həvari, şiəlikdə isə Məhəmməd və 12 imam var. Xristianlıqda İsanın öləndən sonra dirilib göyə qalxdığı deyilir, şiəlikdə 12-ci imam Mehdinin ölmədiyi və qeybə çəkildiyi iddia olunur. Xristianlığa görə, İsa nə vaxtsa qayıdıb öz səltənətini quracaq, şiəliyə görə Mehdi qeybdən qayıdıb, öz hakimiyyətini bərqərar edəcək”.
V.Məmmədov Aşura mərasimində insanların özünü döyməsinin xristianlıqdan gəldiyini söyləyib:
“Belə paralelləri xeyli uzatmaq olar ki, onlardan biri də özünə işgəncə verməkdir. Xristianlıqda bu, “flagellantlıq” adlanırdı. Eynilə şiələrin zəncirinə bənzəyən qısa qamçı ilə özünü döymək orta əsrlərin əvvəlində xristian dünyasında geniş yayılmışdı. Amma 14-cü əsrdə Roma Papası Klement bunu qadağan edib. İslamda isə əksinə, nəinki qadağan olunur, hətta dini liderlərin səylərilə şiəliyin siyasi idologiya kimi yaşayıb güclənməsi üçün Aşura mərasimləri daha da geniş yayılır. Bu gün də bizim müşahidə etdiyimiz zəncir vurmaq, baş yarmaq kimi islama heç bir aidiyyəti olmayan əməllər onun davamıdır”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar