Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bu qidalar cinsi istəyi azaldır

Baxılıb: 687     Tarix: 16-09-2018 09:13   
Ər-arvad arasında cinsi uyğunsuzluğun böyük problemlərə səbəb olduğu sirr deyil. Burada qida və içkilərin də az rolu yoxdur.
Sekslə qida və içkilər arasındakı kompleks əlaqənin kəşf edilməsinə yönəlmiş araşdırmalar artaraq davam edir. Elm adamları bu mövzuda davamlı olaraq yeni təcrübələr aparır və cinsi gücə təsiri olan qida və içkilər siyahısı tez-tez yenilənir. Seks istəyi və gücünün azalmasına səbəb olan bu qida və içkilərdən tamamilə uzaq durmaq lazımdır. Amma sağlam bir seks həyatı üçün bunların "azı qərar, çoxu zərər" məntiqiylə yeyilməsində fayda var.
Süni dadlandırıcılı qida və içkilər
Çəki artımının qarşısını almaq məqsədilə yeyilən pəhriz məhsullarında istifadə edilən süni dadlandırıcıların tərkibi aspartan, xoşbəxtlik hormonu kimi tanınan serotonin hormonunun dəyərini aşağı salaraq baş ağrısı, depressiya, əsəb və yuxusuzluq kimi problemlərə səbəb olur. Eyni zamanda cinsi istək qaynağı olaraq tanınan serotonin səviyyəsinin aşağı düşməsi, seks istəyində azalma yaşanmasına səbəb olur. Bundan başqa, aspartan bədəndəki sinir sistemi oyandırıcı mexanizmə də mənfi təsir etdiyi üçün cinsi gücün azalmasına səbəb olur.
Qazlı içkilər
Yüksək miqdarda şəkər tərkibi olan qazlı içkilərin başda diabet və piylənmə olmaqla ciddi sağlamlıq problemlərinə səbəb olması tədqiqatçılar tərəfindən təsdiqlənib. Bu içkilərin cinsi istəyi azaltmaq kimi mənfi təsirinin olması da sübut edilib.
Konservləşdirilmiş və hazır qidalar
Konservləşdirilmiş qidalar və hazır yeməklər həddən çox duz və qatqı maddəsi tərkibli olduğu üçün qan təzyiqini artıraraq cinsi orqanlara qan axımının azalmasına səbəb olur. Bunun nəticəsində isə sərtləşmə problemləri və cinsi gücdə azalma müşahidə edilir.
Təbii olmayan süd və süd məhsulları
Müasir zamanda süd və süd məhsulları artıq antibiotiklərin və hormonların verildiyi inəklərin südündən hazırlanır. Bu cür süd və süd məhsullarının artıq miqdarda yeyilməsi estrogen, progesteron və testosteron kimi seks hormonlarının təbii istehsal mexanizmlərinə təsir edərək seks gücünün və istəyinin azalmasına səbəb olur.
Spirtli içkilər
Artıq içildiyi zaman spirtli içki sərtləşməmək, orqazm olmamaq, cinsi istəksizlik kimi cinsi problemlərlə yanaşı, cinsi gücün azalmasına da səbəb olur. Xüsusən də qablaşdırılma zamanı içkiyə qatılan qatqı maddələri testosteron hormonunu aşağı salır. Buna görə də spirtli içki qəbul edən zaman yaxşı cinsi əlaqədə ola bilməyin mümkünlüyünə inanmaq sadəcə bir əfsanədir. Lakin spirtli içki qəbul edən zaman fərqli cinsi əlaqə yaşanır. Çünki utanma, sıxılma kimi hislər spirtli içkilərin təsiri ilə azalır, insana rahatlıq hissi gəlir. Lakin vaxt keçdikcə cinsi istəyi aşağı düşür. Çünki cinsi orqanlardakı hissiyat azalır.
Qəhvə və tünd çay
Bir çox insan qəhvənin cinsi gücə zərərli olduğunu qəbul etmir. Lakin həqiqət heç də onların fikirləşdiyi kimi deyil. Bundan başqa, çay da heç vaxt tünd içilməməlidir. Səhər yeməklərində çayın və ya qəhvənin əvəzinə südlü kakao içilərsə, insan bədəni daha çox rahatlanar. Şokolad fabriklərində işləyən kişilərin seks baxımından çox qüvvətli olduqları və digərlərinə nisbətən daha güclü cinsi arzuları olduğu deyilir. Bu da kakaonun cinsi orqanlara olan təsirini göstərir. Səhər yeməyində pomidor suyu içmək də xeyirlidir.
Siqaret
Siqaretin insan bədəninə və həyatına bir çox zərərləri olması sirr deyil. Siqaret çəkməyi adət halına gətirmək isə kişilərin cinsi iqtidarsızlığına səbəb olur və kişilik gücünü azaldır. Çünki siqaret penisin qan damarlarına bəlli dərəcədə zərər verir.
Siqaret hər şeydən əvvəl dəriyə ziyan verir. Sonra isə dişlər, diş ətləri, boğaz, nəfəs yolları, mədə və bağırsaqlara zərərli təsir göstərir. Bununla da kifayətlənməyən siqaret kişilik orqanlarını da zədələyir. Siqaret iy bilmə hissinə mənfi təsir edir, siqaret çəkən insan vaxt keçdikcə iyi bilmə qabiliyyətini itirir. Qulaqların ağır eşitməsi, göz xəstəlikləri, yuxusuzluq, mədə ağrıları məhz siqaretin səbəb olduğu narahatlıqlardır.
Nəticə: ər-arvad arasında cinsi uyğunsuzluq böyük problemlərə səbəb olur. Bu səbəbdən də yuxarıda sadalanan anafrodizyaklar, yəni cinsi istəyi azaldan qida və içkilər müxtəlif yollarla insan bədəninə mənfi təsir etdiyi üçün kişilik gücünü də azaldır. Buna görə də çalışmaq lazımdır ki, ümumiyyətlə siqaret, spirti içki və yuxarıda sadalanan qida və içkilərdən uzaq durasınız.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar