Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Bir şəxs ömrü boyunca 20160 dəqiqə öpüşür – MARAQLI FAKTLAR

Baxılıb: 960     Tarix: 16-09-2018 15:15   
Almaniyada aparılan bir araşdırma zamanı maraqlı nəticə əldə olunub. 100-dən çox cütlük arasında aparılan araşdırma zamanı iştirakçılardan üçdə ikisinin öpüşərkən başını sağa doğru əydiyi aydınlaşıb. Elm adamlarının fikrincə, öpüşərkən heç bir məqsəd olmadan başımızı sağa doğru əyməmizin səbəbi ana bətnində ikən aldığımız mövqedir. Araşdırmaçılar başı sağa əyməyi təbii davranışın xaricə vurması kimi açıqlayıb.
Öpüşmək əzələləri çalışdırır
Sadəcə bir öpüş üçün 146 əzələmiz koordinasiya olur. Bunların 34-ü üzümüzdə, 112-si isə postural əzələlərdir. Öpüşmə üz əzələlərini çalışdırdığı üçün qan dövranını artırır, qırışların qarşısını alır və yorğunluq hissini azaldır.
Öpüşmək qadağandır
16 avqust 1439-cu ildə VI Kral Henri İngiltərədə öpüşməyi qadağan edir. Bunun səbəbi krallıqda xəstəliklərin yayılmasının qarşısını almaq idi. Daha sonraları 16-cı əsrdə Neapolda öpüşmək sadəcə qadağan olunmaqla qalmadı, ölümlə cəzalandırılırdı.
Fransız öpüşü
Fransız öpüşü üz əzələlərinizin hamısını çalışdırarkən, adi bir yanaqdan öpmə sadəcə iki əzələnizi işlədir.
Öpüş qadağası
1930-cu ildə "Hays Code" adlı serialdan sonra ekranlara senzura gəldi, cütlüklərin yatmış vəziyyətdə öpüşməsi qadağan olundu. 1960-cı illərin sonlarında bu qadağa aradan qaldırıldı.
Öpüşmə rekordu
"Ginnessin Rekordlar Kitabı"na ən uzun öpüş taylandlı Ekkachai və Laksana Tiranarat cütlüyü tərəfindən düşüb. Cütlük 58 saat, 35 dəqiqə və 58 saniyə boyunca öpüşüb.
Öpüşmək həyat qurtarır
Öpüşmək immunitet sistemini qüvvətləndirir, ömrü uzadır. Aparılan araşdırmaya görə, evdən çıxmadan öncə sevdiyini öpən kişilərin öpməyənlərdən beş il daha çox yaşadığı məlum olub.
İtalyan öpüşü
Dünya üzərində gəlinən ümumi nəticəyə görə, ən gözəl italyanlar öpüşür.
Öpüşmək sağlamlığa çox faydalıdır
Öpüşmək kalori yandırmağı təmin edir, immunitet sistemini gücləndirir və ağrıları aradan qaldırır. Öpüşdüyünüz hər an, dəqiqədə təxminən 6.4 kalori yandırırsınız. Bunun üçün öpüşməyə əyləncəli bir idman da deyə bilərik. Öpüşmə zamanı ağızdakı tüpürcək axışı artdığı üçün diş problemlərinin də qarşısını alır.
Bir insan həyatının iki həftəsini öpüşərək keçirir.
Mütəxəssislər bir şəxsin ömrü boyunca təxminən 20160 dəqiqə öpüşdüyünü söyləyir.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar