"Aşura yas tutub, zəncir vurmaq günü deyil"- Millət vəkili
Baxılıb: 546 Tarix: 17-09-2018 20:20
"İslam dünyasında Məhərrəmlik ayının özünəməxsus yeri var. Bu heç də zəncir vurmaq, baş yarmaq, matəm saxlamaq günü deyil. Aşura günü Məhərrəmlik ayının 10-cu günüdür və bu bütün dinlərdə peyğəmbərlərin Allahdan dilədikləri arzuların gerçəkləşdiyi gündür. Məhərrəmlik ayını cəhalətə, xurafata çevirmək Azərbaycan xalqına yaraşmaz. Çünki Azərbaycan xalqı tarix boyu zəngin mədəniyyətə sahib olub".
Bu sözləri Publika.az-a millət vəkili Məlahət İbrahimqızı deyib. O bildirib ki, hər bir müsəlman islami dəyərləri düzgün şəkildə daşımalıdır:
"Hər birimiz müsəlmanıq, dinimiz İslam dinidir. İslam dinində isə xurafat və cəhalət yoxdur. Bu gün Azərbaycan regionda dünyanın aparıcı ölkələrindən biri, xalqımız, dövlətimiz isə ən nümunəvi xalqlardandır. Bizim İslam dəyərlərinin daşıyıcıları olmaqla yanaşı, İslam aləminə böyük töhfələrimiz var. Ölkəmizin I Vitse-prezidenti Mehriban xanım Əliyeva həm YUNESKO-nun, həm də İSESKO-nun xoşməramlı səfridir. Dünyada eyni zamanda iki ada sahib başqa bir adam yoxdur. Mehriban xanım Əliyeva həmişə İslam dünyasına böyük töhfələr verən şəxslərdən olub. Bu Azərbaycan qadınları, xalqımız adına qürurverici haldır. Zəngin mədəniyyətə, İslam dəyərlərinin daşıyıcıları olmağımıza baxmayaraq, bəzilərinin cahillik və mövhumatla məşğul olmağı ölkəmizin imicinin korlanmasına gətirib çıxara bilər".
Millət vəkilinin sözlərinə görə, heç bir normal müsəlman ölkəsində Aşura günü zəncir vurub, baş yarmaq kimi ayinlər keçirilmir:
"Türkiyədə və digər müsəlman ölkələrində zəncir vurmaq, kəsici alətlərlə qan çıxarmaq kimi cahil əməllərə rast gəlmək mümkün deyil. Bunlar hamısı ərəblərin cahillik dövrünün ənənələridir. İslamdan əvvəl necə ki, qız uşaqları doğulan kimi diri-diri basdırırdılar. Hesab edirəm ki, zəncirvurma kimi əməllər də onların, həmin cahilliyin davamıdır. Yəni, "Quran"da da belə bir şey yoxdur. Qurani-Kərim də peyğəmbərimiz Həzrəti Muhammət Mustafanın vasitəsi ilə nazil olub. O, Allahu-təalanın elçisidir. Hətta onun həyatını oxuyanda da zəncir vurma kimi nüanslara rast gəlinmir. Aşura günü Qafqaz Müsəlmanlar İdarəsinin təşəbbüsü ilə artıq illərdir ki, qanvermə aksiyası keçirilir. Mən özüm də bu aksiyalarda iştirak etmişdim. Bu olduqca təqdirəlayiqdir. Çünki, bu gün mövhumat günü deyil. Bu günün özəlliyini, müqaəddəsliyini düzgün şəkildə anlamaq və cəmiyyətdə bu günün əsas mahiyyətini təbliğ etmək lazımdır. Bu gün "şaxsey-vaxsey" edən insanlar cahil əməllərlə bizim xalqımızın imicinə, çoxəsrlik mədəniyyətimizə kölgə salmağa çalışırlar. Çünki biz dünyəvi dövlət qurmuş, dünya mədəniyyətinə çox böyük töhfələr vermiş xalqıq. Azərbaycan düyaya "Kitabi-Dədə Qorqud"u, Nizamini, Füzulini bəxş edib. Biz hələ 100 il əvvəl İslam dünyasında ilk demokratik, dünyəvi dövlət qurmuşuq. Bu İslam aləmində ilk idi. İlk dəfə hələ 100 il əvvəl qadınlara seçki hüququ vermişik. Hətta Qafqazda ilk dəfə parlamentdə təmsil olunan qadın da bizim xalqımızın nümayəndəsidir. Belə olduğu halda kimlərinsə Aşura günü gedib başına zəncir və kəsici alətlər vurması bizə yaraşan hərəkətlər deyil. Qətiyyətlə qınayıram. Mən də bir müsəlman ziyalı, Azərbaycan qadını kimi cahillik dönəmindən qalmış bu əməllərin, ənənələrin qol-budaq açıb gələcək nəsillərə ötürülməsinə imkan verməmələyik. Bunu ölkəmizin təmiz ənənələri arasından çıxarmalıyıq. Biz özünün multikultural dəyərləri ilə tanınan bir dövlətik. Avropa və Asiyanın sintezindən yaradan dövlət olaraq, zəngin mədəniyyətimiz, tariximizlə tanınırıq. Hər kəsi həmin günün mahiyyətinə uyğun olaraq xəstəxanalarda və məscidlərdə təşkil olunan qanvermə aksiyalarına qoşulmağı, qana ehtiyacı olan kəslərə bu cür yardım etməyə səsləyirəm. İnsan istəsə, o qədər xeyirxah əməllər edə bilər ki... Məsələn, xəstələrə baş çəkmək, xüsusi qayğıya ehtiyacı olan insanlara dəstək vermək üçün hər hansı xüsusi günə ehtiyc yoxdur. Yoxsa ki, bəzi hallarda 18 yaşdan aşağı uşaqları da zəncir vurma "mərasimlərinə" apardıqlarını eşidirik. Hesab edirəm ki, bu birbaşa cinayətdir. Belə olmaz. Qəti şəkildə bu cür hallara yol verməməliyik. Ona görə də Azərbaycan cəmiyyətinin aktiv üzvləri, aparıcı ziyalılar bu istiqamətdə aparılan maarifləndirici tədbirləri artırmalıdır. Çünki, İslam dinimiz bizə beşikdən məzara qədər oxu deyir. İnkişaf et deyir".

Ən çox oxunanlar
Son xəbərlər