Xəbər lenti
12/05/2025 [10:15]
PKK özünü ləğv etdi
Arxiv
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Gəncənin icra başçısı şikayətçiləri dinlədi

Baxılıb: 564     Tarix: 18-09-2018 10:46   
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov daha bir səyyar qəbul keçirib.
Qanunvehedef.az xəbər verir ki, bu dəfə şəhərin 1-ci mikrorayon ərazisində yaşayan sakinlərin şikayət və təklifləri dinlənilib. Ərazidə yaşayan 50-yə yaxın vətəndaş, "açıq mikrofon" şəraitində keçən qəbulda, öz müraciətini dilə gətirib.
Çoxmərtəbəli binalarda liftlərin təmiri və dam örtüklərinin yenilənməsi sakinlərin həllini istədikləri ümumi məsələlərdən olub. Qəbulda Cavad xan qəsəbəsinin sakinləri də iştirak ediblər.
Su, qaz və işıqla təminatla bağlı müraciət edən vətəndaşlara bildirilib ki, qəsəbədə yaxın günlərdə yeni transfarmator quraşdırılacaq. Qazlaşdırılmayan ərazilərə mavi yanacağın çəkilişi isə 2019-cu ilə planlaşdırılır.
Bundan başqa şəhərin Vəli Xuluflu küçəsində sənədsiz evlərin qanuniləşdirilməsi üçün qeydiyyata alınması istiqamətində göstəriş verilib.
Torpaq sahəsi ilə təminatla bağlı müraciət edən sakinlərin növbəyə götürülmələri Kəpəz və Nizami Rayon Bələdiyyələrinə tapşırılıb.
Səsləndirilən digər bir sıra problemlər yerindəcə öz həllini tapıb, ehtiyac olanların isə araşdırılaraq aradan qaldırılması üçün aidiyyatı qurum və şəxslərə müvafiq tapşırıqlar verilib. Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilən görüşlərin məqsədi sakinlərin problemlərini öyrənmək və onları həll etməkdir.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar