Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Xatirə konsertdən yığdığı pulla Aprel şəhidimizin adına bulaq çəkdirəcək

Baxılıb: 795     Tarix: 19-09-2018 13:46   

Müğənni Xatirə İslam konsertindən yığılan pulla Aprel şəhidimiz Müşfiq Orucovun adına bulaq çəkdirəcək.
Qnunvehedef.az BiG.AZ-a istinadən xəbər verir ki, bu haqda ifaçı xanım özü məlumat verib. O bildirib ki, konsertdən əldə etdiyi qonorarla şəhid M.Orucovun anasının ən böyük arzusunu həyata keçirəcək. Yəni oğlunun adına şəhid bulağı tikdirəcək, onun adını yaşadacaq.
Qeyd edək ki, Müşfiq Orucov 700 bal toplayaraq Azərbaycan Texniki Universitetinin avtomatika və kompyuter texnikası fakültəsinin tələbəsi olub.
Müşfiq 2016-cı ilin Aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz Hövsan qəsəbəsində yerləşən "Dədə Qorqud" qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!


 






Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar