Xəbər lenti
04/07/2025 [13:46]
Sabah yağış yağacaq
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Ölüm saçan elektrik dirəyi – İcra dəyişməyə başladı

Baxılıb: 484     Tarix: 25-09-2018 12:20   
Yasamal rayonu, Mirəli Seyidov küçəsi ərazisində yol kənarındakı elektrik dirəyi təhlükə saçır.
Uzun illərdir quraşdırılan beton dirək artıq istismar müddətini başa vurub. Yağışın, qarın təsirindən ovulub tökülən dirək iki armaturun hesabına dayanıb. Ən dəhşətlisi isə təhlükəli halda olan dirəyə elektrik xətlərinin bərkidilməsidir.
Yol kənarında yerləşən qəzalı dirəyin yaxınlığında yaşayış binası və böyük stadion yerləşir. Ani güclü külək və ya xoşagəlməz hadisə təsirindən dirək hər an aşa və bədbəxt hadisə baş verə bilər.
Məsələ ilə bağlı Qanunvehedef.az-a açıqlama verən Azərişıq ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev həmin elektrik dirəklərinin “Azərişığ”ın balansında olmadığını bildirib. T.Mustafayev deyib ki, bununla rayon icra orqanları məşğul olmalıdır.
Yasamal Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsindən isə bildirilib ki, bu məsələ artıq icranın diqqətindədir. Rayon ərazisində olan bütün yararsız elektrik dirəkləri müəyyən edilib və yaxın günlərdə dəyişdiriləcək:
“Bir neçə ay öncə icra hakimiyyətinin əməkdaşları küçə-küçə, ünvan ünvan gəzərək bu cür elektrik dirəklərini müəyyən ediblər. Bir neçə başqa ünvanda da bu cür yararsız hala düşmüş elektrik dirəyi müəyyən edilib. İşlər davam etdirilir. Müəyyən edilən yararsız elektrik dirəklərinin dəyişdirilməsi üçün artıq Yasamal Rayon İşıq İdarəsinə də müraciət edilib. Paralel olaraq dirəklərin dəyişdirilməsi, yenisi ilə əvəzedilməsi işləri də görülür”.шаблоны для dle 11.2



Ən çox oxunanlar