Bilal Əliyev- ona etibar edilən bütün işlərdə ona göstərilən etimadı layiqincə doğruldub
Baxılıb: 910 Tarix: 27-09-2018 13:34
Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Şirvan şəhər 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin Dövlət Avtomobil Müfəttişi Bilal Əliyevdir. Bilal müəllim Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır. Bilal müəllim rayonda gördüyü xeyriyyə işləri, əməlləri ilə bir çox idarə və təşkilat rəhbərlərinə əsl insanlıq nümunəsidir. Sadəliyi və insani hərəkətləri ilə heç vaxt öz təvazökar davranışlarında qüsura yol verməmişdir. Xidməti vəzifələrinin icrası ilə bir araya sığmayan və polis əməkdaşı adına xələl gətirə biləcək, habelə xidmət keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmişdir. Fəaliyyətini səmərəli, ictimai maraqlara uyğun, habelə cəmiyyətdə polis əməkdaşına olan etimadın artırılması məqsədləri üzərində qurmuşdur. Dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malikdir, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləyir, vətəndaşlarla ünsiyyətdə olduqca diqqətli və nəzakətlidir.
Şirvan şəhərinin, bir çox rayonların sakinlərinin sevimlisi və hörmətlə adı çəkilən bir şəxsi kimi mən də istədim ki, bu məqaləni sözügedən alicənab və sadə insana həsr edəm. Bilal müəllim bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Şirvan şəhər 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin Dövlət Avtomobil Müfəttişi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır! Ona etibar edilən bütün postlarda Bilal müəllim özünü doğruldub. Bizdə hörmətli Şirvan şəhər 4 saylı rayonlararası qeydiyyat-imtahan şöbəsinin Dövlət Avtomobil Müfəttişi Bilal müəllimi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Ən çox oxunanlar
Son xəbərlər