Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Valideyn-övlad münasibətləri

Baxılıb: 631     Tarix: 27-09-2018 20:31   
 Hörmətli Redaksiya,

Siz valideyn-övlad mövzusunda məqalələr dərc edirsiniz sə, mənim əhvalatım sizə maraqlı ola bilər.
Mənim 70 yaşım var. İnstitutdan sonra mən 4 il görüşlərdən sonra sevdiyim qizla evləndim. Mənə o vaxtların standartları ilə atam gözəl toy elədi, öz mənzilim ilə təmin etdi, maşın aldı. Mən elmi-tədqiqat institutunda işləyirdim, arvadım isə universitetdə dərs deyirdi. Bir ildən sonra birinci oğlum anadan oldu. Ona baxmayaraq ki mənim valideynlərim gənc ailəyə maddi kömək göstərirdilər, mən fərdi dərs vermərklə, tərcümələrlə əlavə pul qazanırdım. Oğlumla çox məşğul olurdum, onunla yalnız ingiliscə danışırdım. 8 il sonra kiçik oğlum anadan oldu. Onunla da çox məşğul olurdum, dərslərə kömək edirdim. Məktəbdə ikisi də yaxşı oxuyurdular. Mən namizədlik dissertasiyasını müdafiə etdim, arvadım Afrikada 1.5 il müəllim işlədi. Uşaqlara özüm baxırdım.
1990-cı ildən bizneslə məşğul etməyə başladım və biz 8-ci Kilometrdəki 2 otaqlı mənzildən bulvarın yanında yerləşən və böyük oğlumun adına aldığım geniş mənzilə köçdük.  Böyük oğlumu məktəbdən sonra İngiltərəyə oxumağa göndərdim, ancaq o bir ildən sonra evə qayıtmaq istədi və onu instituta düzəltdim. O, institutda oxuyarkan, şirkətimdə işləyirdi, xarici maşın sürürdü. İnstitutu bitirəndə, onu evləndirdim, şəhərin mərkəzində 3 otaqlı mənzil alıb təmir etdim və onu bacımın adına rəsmləşdirdim. Ailəsinə maddi cəhətdən dəstək verirdim. İldə bir neçə dəfə xarici ezamiyyətlərdən bütün ailəyə paltar-hədiyyə gətirirdim.
Kiçik oğlum məktəbi bitirəndə, instituta daxil testlərdə cəmi 110 bal topladı, və pulsuz  ixtisaslara düşmədi. Onu Qərb Universitetinin Bank işi fakultəsinə qoydum və illik haqqını ödəyirdim. Dərsə o, mən ona verdiyim Mercedesdə gəlib-gedirdi. Qərb Univesitetində oxuyarkan, o, ABŞ-da təhsilini davam etmək istədi və onun bu arzusunu mən maliyyəşdirdim. Lakin, onun orada oxumasının nətiçəsi  uğurlu hesab etmək olmazdı. Qeyd etmək lazımdır ki, kiçik oğluma yeni tikilmiş binada 3-otaqlı mənzil aldım. Yayda bütün ailə Mərdəkanda aldığım geniş bağda istirahət edirdi.
Həyat belə gətirdi ki, mən 2002 ildə arvadımla ayrıldım və Azərbaycanın kanarında iş qurub orada işlədim. Bütün əmlakı arvadıma qoydum. Ildə bir-iki dəfə Azərbaycana gələrkən, böyük oğlumla görüşsəm də, nəvələrimi  görməyə o imkan vermirdi ki “onlara pis  təsir edəcək”. Kiçik oğlum isə mənimlə görüşməkdən imtina edirdi və onun toyunda da iştirak edə bilmədim.
Dörd il öncə mən Azərbaycana qayıtmağa qərara gəldim və böyük oğluma təhlif etdim ki o, ailəsi ilə böyük mənzilə köçsün, qoca anasına baxsın, mən isə kiçik (bacımın adına olan) mənzildə yaşayım. O, bu təklifi rədd etdi, ona baxmayaraq ki özü ailasi ilə başqa yerdə yaşayırdı, bu mənzili isə kiraya verirdi. Onda mən təhlif etdim ki heç olmasa mən bağda yaşayim, çünki o ildə 9 ayı boş qalır. Bu mübahisəyə kiçik oğlum qoşuldu, və dedi ki mənə heç nə düşmür. Razı deyiləmsə, məhkəməyə müraciət edim. Övladlarımla bu 4 ildə mənim təşəbbüsümlə bir neçə görüşüm oldu və o görüşlərdə onlara xatırladırdım ki mən onlara qarşı öz atalıq borcumu artıqlamasi ilə yerinə yetirmişəm, onlar isə öz oğulluq borclarını yetirməkdən boyun qaçırırlar. Üstəlik, mübahisəli əmlakları mən onların yaşında qazanıb əldə etmişəm. Bu həqiqəti onlar heç cür qəbul etmək istəmirdilər, və mənimlə hörmətsiz və gobut danışırdılar, üstümə qışqırıb bağırırdılar: “Sənə heç nə düşmür, hara istəyirsən get, sən bizdən heç nə ala bilməyəcəksən”.
Yaşayış yerim olmadığımdan, məcbur oldum məhkəməyə müraciət edim. Artıq bir ildən çoxdur ki iş ilkin və apellasiya məhkəməsini keçib, ikisi də məmim xeyrimə qərar çıxarıblar, lakin məni öz evimə övladlarım buraxmırlar və deyirlər ki hələ Ali məhkəməyə şikayət yazacaqlar. Bu da azı 5-6 ay çəkəcək. Hal hazırda mənzil boş bekar dayanıb, mən isə 70 yaşlı ata küçələrdə qalmışam.
Övladlarımın belə insafsız olmasına mən özümü günahkar sayıram. Deməli, onlara düzgün tərbiyə verməmişəm. Sizin oxucularınızın rəyini öyrənmək maraqlı olardı...
Siz valideyn-övlad, ata-oğul münasibətlərini oxucuların müzakirəsinə çıxartmaq istəyirsinizsə, əlavə məlumatı verməyə hazıram. Hətta əks tərəfin bu əhvalatla bağlı mövgeyini öyrənmək üçün, onların əlaqə nömrələrini verməyə hazıram.
 
Hörmətlə,
Namiq Əsgərov
Mob. tel.: 050-6608252 шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar