Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Usmanov: Rusiyada cəmi bir nəfər oliqarx qalıb

Baxılıb: 647     Tarix: 01-10-2018 10:55   

Rusiyada oliqarx adlandıra biləcəyimiz cəmi bir nəfər qalıb.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri rusiyalı milyarder Əlişir Usmanov deyib.
Usmanovun sözlərinə görə, oliqarxiyaya aid olmağın əsas kriteriyası biznesin hakimiyyətdən alınmasıdır. Bu səbəbdən də özbək əsilli milyarder özünü oliqarxlar cərgəsinə aid etməyib.
“Mən oliqarx sözünə ümumiyyətlə dözə bilmirəm. Oliqarx haqqını ödəmədən hər şeyi əldə edən kəsdir. Mən həyatım boyu onlardan biri olmamışam”, - Usmanov bildirib.
Usmanov hazırda Rusiyada yalnız bir nəfər oliqarxın olduğunu desə də, onun kimliyinə aydınlıq gətirməyib:
“Hesab edirəm ki, bizdə bu vaqonun yalnız bir sərnişini qalıb. Ancaq qatar artıq boşdur, o, təkbaşına səyahət edir. O oliqarxdır. Həmin şəxs bir şirkətdən başqa hamısını itirib”.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar