Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Qanunsuz maşın şini və diskinin gətirilməsinin qarşısı alındı

Baxılıb: 726     Tarix: 02-10-2018 12:40   
Gömrükçülər xeyli miqdarda avtomobil şini və diskinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Qanunvehedef.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi yük avtomobilinə baxış keçirilib. Yoxlama zamanı, sürücünün təqdim etdiyi yük-müşayiət sənədləri ilə nəqliyyat vasitəsindəki sənədlər arasında yükün çəkisi ilə bağlı uyğunsuzluq yaranıb. Bu səbəbdən avtomobilin yükü boşaldılıb və müəyyən olunub ki, avtomobildə daşınan şinlər iç-içə keçirilmiş vəziyyətdədir. Sənədlərdə 1023 ədəd şin göstərildiyi halda, avtomobildə isə 2441 ədəd şin qeydə alınıb.
Beləliklə, nəqliyyat vasitəsində gömrük orqanına düzgün bəyan olunmayan 1418 ədəd şin, eyni zamanda, gömrük orqanına bəyan olunmayan 32 ədəd disk aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar