Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bu, bizim üçün Qarabağ qədər önəmlidir – Millət vəkili

Baxılıb: 501     Tarix: 03-10-2018 16:33   

Gürcüstanda erməni dilində təhsil almaq üçün hər cür şərait yaradılıb, amma bizim orada yaşayan soydaşlarımız Azərbaycan dilində təhsil almaqda ciddi problemlər yaşayır.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Gürcüstanda yaşayan soydaşlarımızın təhsil problemlərinə həsr olunmuş tədbirdə çıxışı zamanı millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, bu problem demək olar ki, Qarabağ problemi ilə eyni səviyyədədir:
“Biz məktəb məsələsinə ciddi yanaşmalıyıq. Məktəblərlə bağlı ictimai hərəkat başlamalıdır. Mən daha əvvəl də ictimai fondun yaradılması təklifi ilə çıxış etmişdim. Orada yaşan soydaşlarımızda təhsilə maraq yaradılması üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Orada erməni dilində dərs keçən məktəblər yaxşı durumdadır, lakin Azərbaycan məktəbləri ilə bağlı vəziyyət qənaətbəxş deyil. Hökumətimiz azərbaycanlılara qarşı ayrı-seçkilik edilməməsi üçün Gürcüstan hökuməti qarşısında məsələ qaldırmalıdır”.
Deputat vurğulayıb ki, sözügedən məsələ çərçivəsində dövlət adamları ilə müzakirələr aparıb:
“Mən bu haqda təkliflər də irəli sürmüşəm. Gürcüstandakı iş adamlarımız da bu məsələdə köməklik göstərməlidirlər. Gürcüstan qanunlarına uyğun olaraq bu məsələləri həll etmək mümkün olar. Bu problemləri Milli Məclisdə də qaldırmalıyıq”.шаблоны для dle 11.2