Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə
surəti: AR Daxili İşlər naziri cənab Ramil Usubova
surəti: AR Baş prokuroru cənab Zakir Qaralova
surəti: Göygöl RPŞ-nin rəisi cənab Mirnemət Mirbabayevə
Bakı şəhəri, Binəqədi qəsəbəsi, Ramazanov küç. ev 97A ünvanında müvəqqəti yaşayan vətəndaş Məmmədova Ziba Paşa qızı tərəfindən
ƏRİZƏ
Möhtərəm cənab Prezident!Bu məsələ ilə bağlı dəfələrlə aidiyyatı olan orqanlara müraciət etsəm də, onlar tərəfindən problemin həlli istiqamətində heç bir addım atılmayıb. Məhz bu səbəbdən də, son ümid yeri olaraq birbaşa Sizə müraciət etmək qərarına gəldim.Möhtərəm cənab Prezident!Yazıb diqqətinizə çatdırıram ki, mənim Göygöl rayonu, Toğanalı kəndi ərazisində qanuni əsaslarla özümə məxsus olan torpaq sahəsi varımdır. Torpağın bütün tələb olunan sənədləri var. Bu yaxınlarda həmin sahəni hasara almışam. Lakin, qonşum Nurəddin və ailə üzvləri (iki gəlini və oğlu Xəyal) mənim çəkdiyim hasarın yol çıxan hissəsini söküblər. Ara məsafəsi qoymayaraq, hasarın yerinə evin bir divarını salıblar və mənim həyətimə qeyri-qanuni olaraq pəncərə açıblar. Mən etirazımı bildirdikdə isə, onlar mənim söyüş və təhqirlərə məruz qoyurlar.02.08.2018-ci il tarixində mən qonşu evin qanunsuz açılmış pəncərəsinin qarşısını hörərək öz hasarımı bərpa etdim. Lakin qonşularım bu dəfə artıq mənim həyətimə girərək, tikdiyim hasarı yenidən sökdülər. Bunla kifayətlənməyən qonşularım mənim özümü də 20-30 nəfər şahidin gözü önündə döydülər və ağır söyüşlər söyməklə mənim şərəf və ləyaqətimi təhqir etdilər. Nəticədə mənim 3 ədəd inplant dişlərim düşdü, özüm də müxtəlif xəsarətlər aldım. Onu da deyim ki, qonşularımın bu cinayət əməllərinin video çəkilişi də var. Bundan sonra mən DİN-in 102 xidmətinə məlumat verdim və tibbi ekspertizadan keçərək müvafiq rəy aldım. Qeyd edim ki, təkcə implant dişlərin bərpası üçün 3000 manat vəsait tələb olunur.Bundan sonra, hadisə ilə bağlı Göygöl RPŞ-də istintaq aparıldı. Lakin qonşularım sadəcə 300 manat cərimə olundular. Mənə dəyən maddi və mənəvi ziyan müqabilində isə, heç bir təzminat ödənmədi. Halbuki, onların bu əməllərinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işi açılmalı idi.Möhtərəm cənab Prezident!Sizdən artıq dərəcədə xahiş edirəm ki, qonşum Nurəddin və ailə üzvlərinin (iki gəlini və oğlu Xəyal) mənə qarşı törətdikləri bu cinayət əməlinin obyektiv araşdırılması, mənə dəyən maddi və mənəvi ziyanın ödənilməsi və bu işə qərəzli mövqeydən yanaşan polis məmurlarının cəzalandırılması üçün müvafiq göstəriş verəsiniz.Əvvəlcədən Sizə öz dərin minnətdarlığımı bildirirəm. 5-10-2018 ci il Məmmədova Ziba Paşa qızı