Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Yuxusuzluqdan əziyyət çəkənlər üçün əsl dərman

Baxılıb: 490     Tarix: 09-10-2018 09:12   
Hər fəsildə yetişən meyvələrlə qidalanmaq immun sistemin gücləndirilməsində əsas rol oynayır. Orqanizmi qışa hazırlamaq üçün onu payızda lazımi vitamin və vitaminlərlə təmin etmək lazımdır.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəbatat Bağının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Asif Mehralıyevin AZƏRTAC-a verdiyi məlumata görə, payızda yetişən meyvələrin hərəsi özündə bir qrup vitamin cəmləşdirir: "C qrupu vitaminləri ilə zəngin olan portağal soyuqdəymə, qrip və zökəmin dərmanıdır. Portağal özündə B vitamini, kalsium, maqnezium ehtiva edir, ürək xəstəliyi və iflicdən qoruyur, mədə xərçənginin qarşısını alır, dərini təravətləndirir. Tərkibindəki minerallar dəridəki qırışların yaranmasının qarşısını alır, qaraciyərin düzgün işləməsini tənzimləyir, həzmi asanlaşdırır. Hər səhər bir stəkan portağal şirəsi içmək gün ərzində gümrahlığı təmin edir.
Heyva əsasən ürək, qaraciyər, boğaz, mədə, göz və bağırsaq xəstəliklərində faydalıdır. Tərkibi protein, şəkər, A, B2, C vitamini, dəmir kimi minerallarla zəngindir. Uşaqların sağlam böyüməsi və inkişafını tənzimləyir, dərini və dırnaqları parlaqlaşdırır. Kərə yağında bişirilən heyva öskürəyin qarşısını alaraq tənəffüs yollarını açır. Onun çiçəyini qaynadıb içmək ürəyi cavanlaşdırır və başağrısının qarşısını alır. Yuxusuzluqdan əziyyət çəkənlər üçün heyva yarpağı əsl dərmandır.
Banan qan dövranını tənzimləyir, ürəyə və əzələlərə xeyirlidir, yüksək təzyiqin qarşısını almağa müsbət təsir göstərir, yorğunluğu aradan qaldırır.
Tərkibi A, B1, B2 və C vitaminləri ilə yanaşı kalium və maqneziumla da zəngin olan üzüm əsl şəfa mənbəyidir. Beyini enerji ilə təmin edən üzüm ağciyər xəstəliyi, əsəb pozğunluğu, yaddaş zəifliyi, qan azlığı, nəfəs darlığı və qaraciyər zəifliyinə müsbət təsir göstərir".
Bioloq-alim bildirib ki, alma ürək-damar xəstəliklərinin yaranma təhlükəsini 50 faiz azaldır: " Bu meyvə həzm sisteminin pozğunluğunu aradan qaldırır, qan şəkərini nəzarətdə saxlayır.
Armudun tərkibindəki vitaminlər böyrəkdəki daş və duzların təmizlənməsinə kömək edir, təzyiqi salır, qanı tənzimləyir. Revmatizmin müalicəsində faydalı təsir göstərir. Onu yeməkdən əvvəl qəbul etmək məsləhətdir.
Çox qüvvətli antioksidant olan zoğal qan azlığı və mədə xəstəliyinin dərmanıdır. Yarpaqlarından dəmlənmiş çay bədəni möhkəmləndirən vasitə kimi tövsiyə olunur. Qurudulmuş çəyirdəyini üyüdərək açıq yaranın üstünə səpilməsi tez sağalmaya səbəb olur. Təzə dərilmiş zoğal meyvəsindən hazırlanan sirop angina və sınqa xəstəliklərində yaxşı səmərə verir.
Xurma beynin məhsuldarlığını 20 faizə qədər artırır. Onun müntəzəm istifadəsi immun sistemini gücləndirir. Ürək xəstəlikləri zamanı müntəzəm olaraq xurma yemək ürəyin fəaliyyətinin bərpası üçün ən yaxşı vasitələrdən biridir. Xurma gözlərə, o cümlədən görmə qabiliyyətinin yaxşılaşdırılmasına da müsbət təsir göstərir.
Əncir ödqovucudur, qaraciyəri möhkəmləndirir. Süd içə bilməyənlərin əncir yeməsi məsləhətdir, çünki o tərkibindəki yüksək miqdarda kalsium sayəsində sümük və dişləri möhkəmləndirir. Ənciri astma və öskürək zamanı da yemək məsləhət görülür. Süddə bişirilmiş əncirin nəfəs yolları xəstəliklərində böyük faydası var. Bir dəfəyə təzə əncirin ancaq 300, qurusunun isə 120 qrama qədərini yemək olar. Müalicə məqsədilə yalnız əncirin meyvəsindən deyil, həm də yarpaqlarından istifadə edirlər. Yarpaqlarının cövhəri öskürək, bronxial astma və böyrək xəstəlikləri zamanı qəbul edilir".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar