34 yaşlı gəncin öldüyü klinikadan – Açıqlama
Baxılıb: 513 Tarix: 16-10-2018 11:58
Məcburi köçkünün bizim həkimimizin əməliyyatına görə vəfat etməsi haqda yayılan xəbərlər yalandır.
Bu sözləri Qanunvehedef.az-a açıqlamasında “Modern Hospital”ın marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Azər Rzayev deyib. O bildirib ki, ekspertizanın rəyindən sonra mətbuata geniş açıqlama veriləcək:
“ Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi ekspertiza aparır, nəticəni gözləyirik. Ekspertizanın rəyi açıqlandıqdan sonra mətbuata bu barədə məlumat verəcəyik. Həkim Tariyel Ömərov da bu rəydən sonra açıqlama verəcək. Bəzi mətbuat orqanları var ki, araşdırmadan birtərəfli mövqe göstərərək, bizi ittiham edirlər. Onların hamısı məhkəməyə veriləcək”.
Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov “Modern Hospital” klinikasında həkim Tariyel Ömərov tərəfindən mədə kiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib. Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Mərhumun yaxınları iddia edirlər ki, ölümə məhz həkim səhvi səbəb olub.
Ən çox oxunanlar
Son xəbərlər