Xəbər lenti
20/06/2026 [13:21]
Sabah hava necə olacaq?
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bu şəxslərin maaşı artdı - Prezidentdən SƏRƏNCAM

Baxılıb: 741     Tarix: 18-10-2018 12:30   
Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında sərəncam imzlayıb.
Qanunvehedef.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 manat məbləğində müəyyən edilsin.
2. "Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əmək haqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 01 iyul tarixli 967 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 7, maddə 414; 2004, № 10, maddə 829; 2005, № 3, maddə 209; 2007, № 4, maddə 352; 2011, № 4, maddə 358) 2-ci hissəsi ləğv edilsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar