Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Azərbaycanda kişilərin sayı sürətlə artır

Baxılıb: 697     Tarix: 19-10-2018 12:30   

Son 25 ildə Azərbaycanda kişilərin sayı sürətlə artıb.
Trend-in məlumatına görə, bunu “Azərbaycanda gender əsaslı cinsi seçimin (GƏCS) qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planının” layihə sənədinin təqdimatında çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.
Onun sözlərinə görə, müasir dövrün cavan ailələrində ilk uşaq qız olduqda ikinci övladın oğlan olmasını istəyirlər.
S.Qəhrəmanova bildirib ki, uşaqların cins nisbətinin pozulması qadına, doğulmayan uşağa qarşı törədilən zorakılığın bir növüdür: "Doğulmamış qız uşaqlarına qarşı cinayət törədilir və onların hüquqları pozulur. Təəssüf ki, bu problemin mahiyyəti insanlara hələ də yetərincə çatmır. Problemin aradan qaldırılması üçün maarifləndirmə işlərinin aparılması zəruridir".



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar