“Bir damla su”ya görə gələn rəhbərlər Fuad Muradovla görüşdü
Baxılıb: 530 Tarix: 19-10-2018 15:53
Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədri Seyfəddin Ayakyayın rəhbərlik etdiyi QHT, diaspor təmsilçiləri və jurnalistlərdən ibarət nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirib.
Qanunvehedef.az xəbər verir ki, görüşdə Türkiyədəki Azərbaycan diaspor təşkilatlarının işi, iki ölkə diasporunun birgə fəaliyyətinin perspektivləri və digər məsələlər müzakirə olunub.
Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, iki ölkənin qardaşlıq münasibətləri diaspor təşkilatlarının fəaliyyətində də özünü göstərməkdədir. Müxtəlif öləkələrdəki Azərbaycan və türk diaspor təşkilatlarının ortaq problemimiz olan erməni yalanları ilə mübarizədə birgə fəaliyyətinin, həmrəyliyinin daha da gücləndirilməsi qeyd olunub.
Eyni zamanda, bu gün Türkiyədə fəaliyyət göstərən 60-a yaxın Azərbaycan diaspor təşkilatının birgə fəaliyyətinin vacibliyinə də toxunulub, bu isqitamətdə atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılıb.
Nümayəndə heyətində təmsil olunan diaspor təşkilatlarının rəhbərləri, jurnalistlər çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həm də Türkiyənin problemi olduğunu ifadə ediblər. Azərbaycan həqiqətlərinin Türkiyə və dünya ictimaiyyətinə çatdırılması ilə bağlı görülən işlər haqqında məlumat verilib, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
Qeyd edək ki, nümayəndə heyəti Türkiyədə və Azərbaycanda fəaliyyət göstərən QHT, diaspor nümayəndələrinin “Bir damla su” layihəsi çərçivəsində Azərbaycanda səfərdədir. Layihədə Azərbaycan tərəfdən Müharibə Veteranı Qadınlarına Sosial Yardım, Abidələrin Müdafiəsi Təşkilatı, Miqrasiya Proseslərinin Tədqiqi, Beynəlxalq İnformasiya və Regional Araşdırmalar ictimai birlikləri təmsil olunur.
Ən çox oxunanlar
Son xəbərlər