Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Növbəti iki günün hava proqnozu açıqlandı

Baxılıb: 622     Tarix: 29-10-2018 12:23   
Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Report-a açıqlamasında bildirib ki, oktyabr ayının 30-da ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir:
"Lakin ayın 31-də şimal və şərq rayonlarında yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyinin üstünlüyü müşahidə olunacaq".
Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisində havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir: "Bakıda və Abşeron yarımadasında havanın temperaturu 18-22, mərkəzi Aran rayonlarında 18-23, dağlıq ərazilərdə isə 10-15 dərəcə isti müşahidə olunacaq".



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar