Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Direktor zibillədiyi ərazini belə təmizlədi - Foto

Baxılıb: 585     Tarix: 29-10-2018 23:44   

Qarasu çayı hövzəsinin zibilliyə çevrilməsində təqsirkar olaraq cərimələnən Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktoru ərazini tamamilə təmizləyib.
Qanunvehedef.az xəbər verir ki, bir müddət əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Gədəbəy rayonu Söyüdlü kəndi ərazisindən keçən Qarasu çayı hövzəsinin tullantılarla çirkləndirilməsi ilə bağlı daxil olan məlumat araşdırılmışdı. Araşdırma zamanı Gədəbəy rayon məişət tullantıları poliqonunun hasara alınmaması səbəbindən tullantıların bir qisminin poliqona yaxın Qarasu çayı hövzəsinə atıldığı aşkar edilmişdi.
Bu səbəbdən tullantıların idarə olunmasına cavabdeh Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktoru Yusif Murğuzov barəsində protokol tərtib edilmiş və o, vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunmuşdu.
Bundan başqa, Kombinatın direktoruna icrası məcburi olan müddətli “məcburi göstəriş” də verilmişdi.
“Məcburi göstəriş”dən və cərimədən sonra Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatı tərəfindən ərazinin tullantılardan təmizlənməsinə başlanılıb.
Ərazi tamamilə təmizlənib və poliqonun ətrafının metal torla hasarlanması istiqamətində işlərə başlanılıb.





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar