Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

"Ermənilər Azərbaycanın qanunları altında yaşamaq istəyirlər"

Baxılıb: 450     Tarix: 31-10-2018 15:45   

Mən şübhə etmirəm ki, Dağlıq Qarabağdakı sadə ermənilər Azərbaycanın qanunları altında yaşamaq istəyirlər. Çünki Azərbaycan güclü, inkişaf edən, sosial rifahın yüksək olduğu bir dövlətdir. Trend-in məlumatına görə, bunu Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov deyib.
O qeyd edib ki, Qarabağ erməniləri bizimlə birgə yaşamaq istəyirlərsə, Azərbaycanın üçrəngli bayrağının altından keçməli, dövlətimizin şəxsiyyət vəsiqəsini daşımalıdırlar: "Əgər bunu istəmirlərsə, gedib Ermənistanda yaşasınlar".
B.Səfərovun sözlərinə görə, Ermənistanda daxili vəziyyət gərgindir: "Bu ilin əvvəlində Ermənistanda vəziyyət gərginləşəndə jurnalistlərin suallarına cavab olaraq demişdim ki, "bu xəmir hələ çox su aparacaq". Yenə də deyirəm ki, işğalçı ölkədə yeni hakimiyyət seçilənə qədər bir proses olacaq, seçiləndən sonra isə başqa bir hadisələr baş verəcək. Mən belə düşünürəm ki, ermənilər hakimiyyət uğrunda hələ də bir-birini didəcəklər. Bu ölkəyə rəhbər kim təyin olunacaq, onu hansı dövlət idarə edəcək və s. Hakimiyyətə gəlmək asan ola bilər, amma işləmək çətindir. Nikol Paşinyanın isə dövlət idarəçiliyi təcrübəsi yoxdur. İndiyə qədər Ermənistanda sadə xalq cinayətkar siyasətin qurbanı olub. Ermənistandan hər il minlərlə insan köçüb gedir. Ermənistan faktiki olaraq dövlət deyil, forpostdur".
İcma rəhbəri qeyd edib ki, kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, Ermənistanın sosial-iqtisadi problemlərdən yeganə xilas yolu işğalçı siyasətdən əl çəkməkdir: "Əgər torpaqlarımızı xoşluqla azad etməsələr, onlar üçün yaxşı olmayacaq. Birincisi, ehtiyac, səfalət içərisində olan sadə xalq yenə də ayağa qalxacaq. İkincisi, Azərbaycan heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacaq və torpaqlarının azad edilməsi uğrunda mübarizədən əl çəkməyəcək. Dövlətimizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində diplomatik üstünlük bizim tərəfimizdədir. Beynəlxalq miqyasda Azərbaycanın ərazi bütövlüyü dəstəklənir, Dağlıq Qarabağ Azərbaycanın ərazisi kimi tanınır. Bu yaxınlarda Almaniya kimi böyük dövlətin bu haqda ortaya qoyduğu mövqe də fikrimi təsdiqləyir".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar