Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Novruz Məmmədov Nazarbayevlə görüşdü

Baxılıb: 577     Tarix: 02-11-2018 14:46   

Astanada MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin başçıları noyabrın 2-də Qazaxıstan Prezidenti Nursultan Nazarbayevlə görüşüblər.
Qanunvehedef.az xəbər verir ki, Azərbaycanın Baş naziri Novruz Məmmədov görüşdə iştirak edib.
Prezident Nursultan Nazarbayev MDB üzv ölkələrinin əməkdaşlığının möhkəmləndirilməsində Şuranın iclasının xüsusi əhəmiyyətini vurğuladı və bildirdi ki, bu tədbir qarşılıqlı faydalı əlaqələrin daha da inkişafına kömək edəcək. Dövlət başçısı MDB ölkələri arasında ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsinin vacibliyini söyləYİB.
Qazaxıstan Prezidenti bildirdi ki, MDB ölkələrimiz arasında tarixi əlaqələrin qorunmasına və hər bir ölkənin suverenliyini gücləndirməyə imkan verən tamhüquqlu bir təşkilatdır. MDB daxilində qarşılıqlı ticarət artmaqda davam edir. Ötən il ticarət dövriyyəsi 164 milyard ABŞ dolları təşkil edib ki, bu da 25 faiz artım deməkdir.
Nursultan Nazarbayev MDB Hökumət Başçıları Şurasının əvvəlki iclasının yekunlarına da toxunaraq deyib: “Biz təşkilatın gücləndirilməsi məsələlərini nəzərdən keçirdik. Bu, işin səmərəliliyinin artırılmasına və müasir reallıqlara uyğunlaşdırılmasına yönəlmiş modernləşmə prosesinin təşviqini nəzərdə tutur. Birlik çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə İqtisadi İnkişaf Strategiyasını yeniləmək və MDB ölkələrinin Xidmətləri üzrə Azad Ticarət Sazişinin qəbul edilmiş layihələrinin icrasını sürətləndirmək lazımdır”.
Bundan əlavə, Qazaxıstan Prezidenti Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında irəli sürülən yeni təkliflərin müzakirəsinin nəticələri barədə məlumat verdi. Təkliflərin arasında Birlik daxilində ticarət maneələrinin aradan qaldırılması, nəqliyyat və logistika, turizm sektorlarında qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılması, kosmik sənayedə layihələrin həyata keçirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və innovativ həllərin istifadəsi məsələləri mühüm yer tutur.
Nursultan Nazarbayev Dövlət Başçıları Şurasının iclasında irəli sürülən təkliflərin yerinə yetirilməsi ilə bağlı praktiki işin lazım olduğunu qeyd etdi, bütün istiqamətlər üzrə kompleks tədbirlər planının hazırlanmasının vacibliyini bildirdi. Vurğuladı ki, bu təşəbbüslərin həyata keçirilməsi həm iqtisadi inkişafa, həm də ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinə kömək edəcək.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar