İntihar etmək istəyənlərə "5 ULDUZ"lu TƏKLİF - Çıxış yolu var - FOTO
Baxılıb: 415 Tarix: 04-11-2018 13:32
Günü-gündən artan intihar halları cəmiyyətimizdə ciddi psixoloji problemlərin olduğundan xəbər verir.
Qanunvehedef.az milli.az-a istinadən xəbər verir ki, olaraq bu dəfə bir neçə dəqiqə sonra, yaxud axşam saatlarına, sabaha intiharını planlaşdıran şəxslərə məşhurlarımız vasitəsi ilə müraciət etdik.
Beş azərbaycalı məşhurun sözügedən müraciətini təqdim edirik:
1. Talıb Tale
"Düşünməsinlər ki, onların ölümü hər zaman hər kəsin yadında qalacaq. Müəyyən müddətdən sonra hamı öz həyatını yaşayır, hərə öz ömrünü sürür. Zaman keçdikcə unudulur. Düşünməsinlər ki, intihar etməklə nəyisə dəyişə biləcəklər. Dəyişən bir şey olur ki, onların həyatı sona çatır. Bəzən insan ən çətin məqamlarda da həyatda mübarizə aparır və həyatın dəyərini dərk edir. İntihar, problemi dərk etməməkdən, həyata real qiymət verə bilməməkdən irəli gəlir. Nəticə çıxarsınlar ki, ağır müharibələr dövründə yaşamış insanlar olub, o qədər çətin şəraitdə yaşamış insanlar olub. Ən gərgin dövlərdə insanlar mübarizə aparıblar. Bir şeyi yadlarında saxlasınlar ki, öz ölümləri ilə nəyisə dəyişməyəcəklər və müəyyən vaxtdan sonra unudulub gedəcəklər. Sadəcə olaraq, nə edirlərsə özlərinə edirlər. Bir dənə yaxınlarına müəyyən vaxt çərçivəsində əzab vermiş olurlar, başqa heç nə. Vaxt gəlir, yaxınları da öz həyatlarına axarı ilə davam edəcəklər".
2. İlkin Həsəni
"Bu qədər zəif olmayın. Çıxış yolu var, çıxış yolu bu deyil! Çıxış yolu sizin fikirləşdiyiniz deyil. Sizin fikirləşdiyiniz ola bilər ki, sizin üçün əlverişli olsun. Amma ətrafınızda sizin doğmalarınız, əzizləriniz, sizi sevən insanlar var. Onları gözünüzün önündən keçirin. Sizin intiharınızdan sonra onların düşəcəyi vəziyyəti bir analiz edin. Ondan sonra hansı addımı atırsınız atın. Məncə intihar, intihara cəhd zəiflik əlamətidir. Yəni, mənim axırıncı yolum budur. Başqa variantlar var. Amma intiharı variant hesab etmirəm. Bu sadəcə bir acizlikdir!"
3. Nanə Ağamalıyeva
"Bu, bir az psixoloji bir durumdur. Sizcə özünə qəsd edən insan nəyisə oxuyacaq? Bu, sırf psixoloji bir məqamdır. Bu hallar son vaxtlar çoxalıb. Xüsusən də gənclər, cavanlar arasında. Çox üzücü bir şeydir. Allah verən ömrü heç kimin ixtiyarı yoxdur kəssin. Heç kim Allaha üsyan etməməlidir. Hamımız bu həyata bir sınaq üçün gəlmişik və düşünürəm ki, bu həyatda səhvsiz insan yoxdur. Buna hərənin öz səbəbi var. Əsas odur ki, o insanların yanında mütləq kim isə olsun. Bu daha çox özünə qapanan insanlarda özünü göstərir. Bu, Allahın verdiyi ömürdür. Onu öz əlimizlə necə yekunlaşdıra bilərik axı?"
4. Əhməd Mustafayev
"İntihar etmək İslam dinində ən böyük günahdır. Həyatı yaşamaq lazımdır. Əgər bu həyat sənə verilibsə, sən də milyonların, milyardların arasından seçilmisənsə, Allah səni seçib yaradıbsa, demək ki, sən bu dünyaya gəlməli idin və sənə xüsusi bir sevgisi var. Ona görə də yaşamaq lazımdır, cana qıymamaq lazımdır. Əgər o insan fikirləşirsə ki, "Mənim həyatımda hər şey məhv olub. Yaşamağımın mənası yoxdur", o, heç olmasa ən azından özündən daha çox həyatı qaralan insanların həyatına bir nəzər salsın. O zaman şükür edər və həyatı yaşamağa davam edər. Çünki nə qədər çətin də olsa, həyat yaşamalı həyatdır.
5. Eldəniz Məmmədov
"Rayon yollarında bir yazı var. O yazının hər yanda olmağını istəyərdim. Əsas da Ağcabədi yolunda gedəndə orada 2-3 km-dən bir "Ata, yolunu gözləyirəm" pankartına rast gəlinir. İstər-istəməz 200-lə gedirsənsə... Mənim özümün başıma gəlib. O yazını görən kimi ayağımı qazdan çəkirəm. Ölkəmizin hər yerində intiharla da bağlı bu tipdə yazılar olsa yaxşı olar. Ailəlilər düşünsünlər ki, övladım nə olacaq. Elə bir addımı atmağa şeytan məcbur edir, şeytan yoldam çıxarır. Həmin vaxt "Allah şeytana lənət eləsin" desinlər. Mən özüm 10 mərtəbəli binanın 9-cu mərtəbəsində yaşayıram. Buradan aşağı baxanda istər-istəməz birdən ağlıma gəlir ki, "Buradan özümü ataram". O an tez "Əuzu billahi minəş şeytanir rəcim" deyirəm, o fikir beynimdən çıxıb gedir.
Bu dəqiqə hamının çətinliyi var, hamının. O çətinliyə sinə gəlmək lazımdır. Bu, ancaq şeytanın işidir. Şeytan yoldan çıxarır, elə addım atırlar".

Ən çox oxunanlar
Son xəbərlər