Xəbər lenti
04/07/2025 [13:46]
Sabah yağış yağacaq
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Sakinlər azərbaycanlı milyarderə qarşı: Bizi soyur, üstəlik…

Baxılıb: 502     Tarix: 04-11-2018 14:13   
Rusiyanın Volqoqrad şəhərinin sakinləri azərbaycanlı neft maqnatı, “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərova “Volqoqrad vilayətinin fəxri vətəndaşı” adının verilməsinə qarşıdır.
Virtualaz.org xəbər verir ki, saytlardan biri tərəfindən şəhər sakinləri arasında keçirilmiş sorğunun nəticələrinə əsasən rəyi soruşulanların 93 faizi Ələkbərova bu adın verilməsini dəstəkləməyib.
Sakinlərin arqumentləri arasında bu cür fikirlər yer alır:
“O, elə edib ki, “Lukoyl” torpaq vergisindən başqa bütün vergiləri başqa regionda ödəyir. Bizdə ödədiyi torpaq vergisi isə cüzidir”, “Neftçilər bizi soyur, üstəlik mükafat da alır?”
Vahid Ələkbərova “Volqoqrad vilayətinin fəxri vətəndaşı” adını vermək təşəbbüsü qubernator Andrey Boçarova məxsusdur. Bu fəxri adla yanaşı “Lukoyl” prezidenti regionun büdcəsindən ayda 2 min rubl da almalıdır. Vilayət Duması azərbaycanlı maqnata bu fəxri adın verilməsinə az qala yekdilliklə səs verib. Təkcə bir deputat bunun əleyhinə çıxıb.шаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar