Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Zakir Həsənovdan əsgər valideynlərinə ŞAD XƏBƏR

Baxılıb: 771     Tarix: 05-11-2018 15:35   

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, noyabrın 9-da Dövlət Bayrağı Günü münasibətilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı günü", eləcə də təlim hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimi təşkil olunacaq.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.
"Açıq qapı günü" çərçivəsində komandanlıqla valideynlərin görüşlərində hərbi qulluqçuların xidməti ilə bağlı onları maraqlandıran məsələlər müzakirə ediləcək və sualları cavablandırılacaq.
Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçiriləcək.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar