Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcək
Baxılıb: 954 Tarix: 13-11-2026 14:47

Noyabrın 16-da Xorvatiyanın Poreç şəhərində boks üzrə U-23 Avropa çempionatı start götürəcək.
Qanunvehedef.az xəbər verir ki, 9 gün davam edəcək yarışda Azərbaycan millisi 7 idmançı ilə təmsil olunacaq.
Bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Məşqçilər Elbrus Rzayevlə Elvin Məmişzadə Poreçdə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Əli Abdullayev (65 kq), Nicat Alırzayev (70 kq), Abbasqulu Şadlinski (75 kq) və Səbuhi Əlizadəyə (+90 kq) şans verəcəklər.
Yarışda ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edəcək.
Qeyd edək ki, noyabrın 14-də Xorvatiyaya yollanacaq milli komanda 12 gün sonra Bakıya qayıdacaq.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər





















