Hacıyevin vəkili danışdı: Cani, qatil, təcavüzkar…
Baxılıb: 551 Tarix: 06-11-2018 15:49
Vəkil üçün müvəkkilinin kimliyinin heç bir fərqi yoxdur.
Bu sözləri Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin hüquqlarını müdafiə edən vəkil Aqil Layıcov deyib.
Aqil Layıcov korrupsiyada adı hallanan bir şəxsi müdafiə etməsindən dolayı yaşadığı hisləri belə xarakterizə edib:
“Dinindən, irqindən, törətdiyi əməlindən, yaşından və cinsiyyətindən asılı olmayaraq, müvəkkil müvəkkildir. Fəaliyyətdə olduğum müddətdə cinayət işlərini çox az hallarda qəbul etmişəm. Ümumilikdə deyə bilərəm ki, adam zorlayan, cinayət törədən şəxslərin belə hüquqlarını müdafiə etdiyim olub. Mənim üçün əsas iş peşə məsuliyyətidir, vəkillik edirəmsə, cani, qatil, residivistin də müdafiəsində dura biləcəyimi göz altına almalıyam”.
Qeyd edək ki, Beynəlxalq Bankın İdarə Heyətinin 14 il sədri olan Cahangir Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Məhkəmə araşdırmaları göstərib ki, Cahangir Hacıyev 9 milyard ABŞ dollarından çox pulu bankın aktivindən çıxararaq Azərbaycan Respublikasının büdcəsinə ziyan vurub.
C.Hacıyevin hüquqlarını müdafiə edənlərdən biri də tanınmış vəkil Aqil Layıcovdur.
Ən çox oxunanlar
Son xəbərlər