Nazirlik sahibsiz itlərə yiyə çıxdı
Baxılıb: 581 Tarix: 07-11-2018 11:40
Bir neçə gün öncə Sumqayıtda qanunsuz olaraq sahibsiz küçə itlərinin güllələnməsi ilə bağlı yayılan görüntülər narazılığa səbəb olmuşdu. Sumqayıt İcra Hakimiyyətindən məsələ ilə bağlı verilən açıqlamada görüntülərin köhnə olduğu bildirildi.
Lakin son günlər Bakı və Sumqayıt küçələrində həddən artıq artan sahibsiz itlər əhalinin narahatlığına səbəb olur. İtlərin amansızcasına silahla öldürülməsini heç bir vətəndaş istəməsə də, problemin birdəfəlik həll edilməsini tələb edirlər.
Artıq uzun müddətdir ki, Bakı və Sumqayıtın hətta bir çox mərkəzi küçələrində belə sahibsiz it sürülərinə rast gəlmək mümkündür. Bu da olduqca böyük təhlükədən xəbər verir.
Məsələ ilə bağlı Qanunvehedef.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib ki, sahibsiz heyvanlara qarşı rəhmsiz hərəkətlər cəzasız qalmayacaq:
“Son günlər ölkədə sahibsiz itlərə qarşı rəhmsiz münasibət göstərildiyi, itlərin güllələndiyi ilə bağlı məlumatlar yayılır, sosial şəbəkələrdə müzakirələr aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi heyvanlara qarşı qəddar və rəhmsiz rəftarı birmənalı olaraq pisləyir. Sahibsiz heyvanlarla, o cümlədən sahibsiz itlərlə qəddar rəftar edən insanlara qarşı tədbirlərin görülməsini zəruri sayırıq və hüquq-mühafizə orqanları ilə birlikdə bu istiqamətdə araşdırma aparılır”.
Nazirlikdən bildirilib ki, son illər sahibsiz itlərin sayının tənzimlənməsi və mühafizəsi istiqamətində təqdir olunacaq addımlar atılıb, sığınacaqlar yaradılıb.

Ən çox oxunanlar
Son xəbərlər