Xəbər lenti
27/11/2024 [11:47]
Fərhad Məmmədov 70
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bakıdan möhtəşəm reportaj: Bu əfsanəvi şəhər… - Foto

Baxılıb: 674     Tarix: 07-11-2018 16:02   

Paraqvayın geniş tamaşaçı auditoriyasına malik SNT televiziya kanalı Azərbaycanla bağlı növbəti reportaj yayımlayıb.
Qanunvehedef.az xəbər verir ki, budəfəki reportaj Bakı şəhərinə həsr olunub.
Reportajın müəllifi Karlos Troçe əvvəlcə Bakı haqqında məlumat verib. Bildirib ki, Bakı Xəzər dənizi sahilində yerləşən tarixi bir şəhərdir. “Küləklər şəhəri” adlandırılan Bakı, Azərbaycanın siyasi, iqtisadi, mədəni mərkəzidir, həm Avropanın, həm də Asiyanın xüsusiyyətlərini özündə əks etdirir.
Karlos Troçe qeyd edib ki, Bakının küçələri ilə gəzərkən sanki onun tarixinə səyahət etmiş olursan. Buradakı bəzi tarixi abidələr YUNESKO-nun Dünya İrsi Siyahısına daxil edilib.
Müəllif şəhərin tarixi haqqında da tamaşaçılara məlumat verib. Qeyd edib ki, Bakı zaman-zaman istilalara məruz qalıb, bunun izlərini hələ də görmək mümkündür. Buradakı qədim divarlar, küçələr xüsusilə maraq doğurur. Müasir Bakının günümüzə qədər qorunub saxlanılan qədim divarlarının arxasında isə tarixi Bakı ilə üzləşirsən.
Reportajda qeyd edilib ki, Bakı öz gözəlliyi ilə turistlərin diqqətini cəlb edir. Şəhərin ecazkar binalarından biri də “Alov qüllələri” kompleksidir. Bu, şəhərdə ən hündür bina hesab olunur. Əcnəbilərə Bakını tanıtmaq üçün ən yaxşı simvollardan biri “Alov qüllələri”dir. Paytaxtın hər bir nöqtəsindən “Alov qüllələri”ni görmək mümkündür. Bakının sevilən məkanlarından biri də Dənizkənarı Bulvardır. Xəzərin sahilində yerləşən bulvar Bakı gecələrinə xüsusi gözəllik verir.
Karlos Troçe vurğulayıb ki, Bakıya səyahət etməyə dəyər, çünki burada qiymətlər ucuzdur. Xüsusilə də nəqliyyat vasitələrindən istifadə çox münasib qiymətədir. Yeməklərin, içkilərin qiymətləri də çox sərfəlidir. Şəhərdə ayrı-ayrı ölkələrin mətbəxlərinin nümunələri olan müasir restoranlar fəaliyyət göstərir. Azərbaycanın milli mətbəxi də çox zəngindir.
Reportajda Heydər Əliyev Mərkəzinin binası haqqında da tamaşaçılara məlumat verilib.
Müəllif vurğulayıb ki, Azərbaycanın coğrafi mövqeyi, Şərqlə Qərbin xüsusiyyətlərini əks etdirməsi və digər amillər onu Cənubi Qafqazın ən cəlbedici ölkəsi edib. Sonda Bakı ilə bağlı təəssüratlarını ümumiləşdirən müəllif deyir: “Bu əfsanəvi şəhəri tanımağa dəyər”.




шаблоны для dle 11.2