Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

BNA-dan sərt qərar: Ayşən LTD xətdən çıxarıldı – Səbəb

Baxılıb: 951     Tarix: 08-11-2018 11:30   
Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşaraq biri azyaşlı olmaqla, iki nəfərin ölümünə və 40 nəfərin ağır yaralanmasına səbəb olan 160 nömrəli avtobus xəttinin aid olduğu Ayşən LTD MMC-nin fəaliyyəti dayandırılıb.
Bakə Nəqliyyat Agentliyindən Qnunvehedef.az-a verilən məlumata görə, 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma fəaliyyətini həyata keçirən Ayşən LTD MMC ilə bağlanan müqaviləyə xitam verilib. Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədrinin müvafiq sərəncamına əsasən, xətt üzrə sərnişindaşıma xidmətinin göstərilməsi Çinar-Trans MMC-yə həvalə edilib.
10.11.2018 tarixindən 160 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərə Çinar-Trans MMC tərəfindən yeni avtobuslarla xidmət göstəriləcək.
Xatırladaq ki, Ayşən LTD MMC-nin direktoru İradə Əliyeva keçmiş nazir Ziya Məmmədovun yaxın qohumu və həmkəndlisi kimi təqdim edilir.
Qeyd edək ki, oktyabrın 1-də təxminən 14.35 radələrində 160 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 106 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu Xəzər rayonu, Binə qəsəbəsində hərəkətdə olan qatarla toqquşub. Qəza həmin ərazidəki qorunan dəmiryolu keçidində baş verib.
Hadisə nəticəsində 2 nəfər dünyasını dəyişib, 40 nəfər isə yaralanıb. Xəsarət alanlardan 5-i azyaşlıdır.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar