Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Daha bir təhsil müəssisəsində qəribə qadağa: "Əcəb olub" - FOTO

Baxılıb: 596     Tarix: 10-11-2018 14:31   

Azərbaycan Milli Konservatoriyasında qəribə qadağa qüvvəyə minib.
Qanunvehedef.az bildirir ki, a24.az-ın əldə etdiyi məlumata görə, Konservatoriyada təhsil alan tələbələrə liftdən istifadə qadağan edilib. Buna görə də tələbələrin etiraz etdikləri bildirilir.
Sözügedən məsələ ilə bağlı Konservatoriyanın rektoru Siyavuş Kərimi ilə əlaqə saxladıq.
"Bu, nə mövzudur? Gedin, "narmalnı" şeylərdən yazın. Mədəniyyətdən yazın. Maşın sürürlər, ona görə qadağan olunub, əcəb olub,. Düz-əməlli söhbətlər edin, bu, mövzu deyil, axı", – deyə Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi bildirib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Odlar Yurdu Universitetində tələbələrə dikdaban ayaqqabı geyinmək, Sumqayıt Dövlət Universitetində isə tələbələrə saqqal saxlamaq qadağan olunmuşdu.





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar