Tamaşaçıların qəzəbinə tuş gələn məşhur Azərbaycan aparıcıları
Baxılıb: 842 Tarix: 11-11-2018 19:40
Neçə illərdir ki, efirlərimizdəki bayağılıq, çal-çağır tənqid olunsa da, çox təəssüflər olsun ki, bundan nəticə çıxaran yoxdur. Dövlət kanallarını çıxmaq şərti ilə bir neçə televiziya kanalları var ki, əhalinin ziyalı təbəqəsi tərəfindən qəbul olunmur. Verilişlərə aparıcılıq edən şəxslərin də saxtakarlığı dəfələrlə tənqid olunub.
Qanunvehedef.az "moderator.az"-a istinadən Azərbaycanda tamaşaçıların qəzəbinə tuş gələn məşhur aparıcıların siyahısını təqdim edir.
1. Xoşqədəm Hidayətqızı. "Üç nöqtə" qəzetinin baş redaktoru olan X.Hidayətqızı efirlərimizdə "Səni axtarıram" adlı verilişin aparıcısı kimi məşhurlaşıb. Bir neçə kanal dəyişən aparıcı, indi Xəzər Tv-də qərar tutub. X.Hidayətqızının kadr arxası çəkişləri saytlara çıxarıldıqdan sonra bilərəkdən şou yaratdığı hamıya aydın oldu. Buna görə onun verilişində ekspert qismində iştirak edən ziyalılar da verilişə çıxmaqdan imtina etdilər. Buna misal olaraq professor Rəşid Mahmudovu göstərmək olar.
2. Mətanət Əliverdiyeva. ATV-də "Gündəlik" verilişində işlətdiyi bir cümlənin badına getdi. Binəqədi rayonunda yanan 19 mərtəbəli binada böyük və uşaqların həlak olmasına münasibət bildirən aparıcı, verilişində belə bir ifadə işlədib, "İnsanın gözünün qarşısından bir lent kimi, film kimi gəldi keçdi". Bu ifadədən sonra sosial şəbəkələrdə aparıcı çox sərt şəkildə tənqid olundu. Yenidən açıqlama verərək üzr istəyən M.Əlverdiyeva sözlərinin təhrif olunduğunu iddia edib.
3. Əli Mirəliyev. Müğənni kimi tandığımız Ə.Mirəliyev aparıcı kimi da sonuncu dəfə işlədiyi ARB kanalından uzaqlaşdırılıb. Daha çox müğənniləri oxuya bilmədikləri üçün tənqid edən Ə.Mirəliyev, efirdə çıxardığı "hoqqalarına" görə də tamaşaçıların haqlı tənqidinə tuş gəlib.
4. Mikayıl Güləddinoğlu. O, da aparıcılar arasında ən çox tənqid olunanlar sırasındadır. "Space" kanalında "Sevimli şou" verilişində Ağdamın işğal günündə çal-çağır təşkil etməsi sonuncu dəfə onun tamaşaçılar tərəfindən sərt tənqid olunması ilə nəticələndi. M.Güləddinoğlu isə bütün bunların qarşısında susmaqla kifayətləndi.
5. Elgiz Əlkbər. Daha çox evlilik verilişinin aparıcısı kimi məşhurlaşan E.Əkbər, verilişində tamaşaçıların əsəbləri ilə oynayanlar sırasındadır. Verilişinə evlənmək üçün üz tutan qonaqlarında birinin "mən ilan oynatmağı sevirəm" deməsindən sonra aparıcıya qarşı haqlı narazılıqlar olub.
6. "Toppuş bacı" kimi tanıdığımız əməkdar artist Tünzalə Əliyeva. Filmlərə çəkilməklə yanaşı verilişlərdə aparıcılıq da edən T.Əliyevanın sonuncu dəfə xərçəng xəstəsi olması ortaya çıxdı. Müalicəsi üçün pul topladığını deyən T.Əliyevanın, sonradan evinin kreditinə görə pul toplaması ortaya çıxdı. Bundan sonra tamaşaçıların haqlı iradı ilə barışmayan əməkdar artist, onlara da özünün tutulduğu xəstəliyi arzuladı.
Ən çox oxunanlar
Son xəbərlər