Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Mübariz İbrahimovun anası vəfat etdi? - Açıqlama

Baxılıb: 1 029     Tarix: 12-11-2018 16:40   
Milli Qəhrəman Mübariz İbrahimovun anası Şamama xanımın dünyasını dəyişməsi barədə xəbər təsdiqlənməyib.
Bu barədə Qanunvehedef.az-a Biləsuvar İcra Hakimiyyətindən məlumat verilib. İcra Hakimiyyətindən bildirilib ki, xəbər sosial şəbəkələrdə yayılan kimi milli qəhrəmanımızın ailəsinin evinə - Əliabad kəndinə nümayəndə göndərilib:
"Ancaq Şamama xanımla bağlı xəbər təsdiqlənmədi".
Əliabad kənd icra nümayəndəsi Telman Əliyev də saytımıza açıqlamasında bildirib ki, Şamama xanımın səhhəti normaldır və heç bir problem yoxdur:
"Şamama xanım ailə işlərini də özü görür. Yəni səhhəti ilə bağlı qəti narahatlıq yoxdur".
Qeyd edək ki, sosial şəbəkələrdə Milli Qəhrəman Mübariz İbrahimovun anasının vəfatı barədə xəbər yayılmışdı.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar