Bədxərc Zamirə bu sözlə özünü xilas etdi… - Ekspert
Baxılıb: 676 Tarix: 13-11-2018 13:30
Zamirə Hacıyevanın Londondan olan müstəntiqlərə həmin pulların mənşəyi ilə bağlı hər hansı bir bilgisinin olmaması və pulların həyat yoldaşına aid olduğunu deməsi böyük ehtimalla, Cahangir Hacıyevin razılığı ilə baş tutub. Zamirə Hacıyeva etiraf etsə ki, bəli, bu işlərdə iştirak etmişəm, əlbəttə ki, onu cinayət məsuliyyətinə cəlb edərlər.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri tanınmış hüquqşünas, bank eksperti Əkrəm Həsənov hazırda Londonda ev dustaqlığında olan Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva ilə bağlı davam edən proses və onun verdiyi açıqlamalar barədə “Yeni Müsavat”ın suallarını cavablandırarkən bildirib.
Ə.Həsənov bildirib ki, Z.Hacıyevanın həyat yoldaşına qarşı ifadə verməsinin Cahangir Hacıyev üçün heç bir əhəmiyyəti yoxdur, çünki 15 il cəza alıb, həbsdədir:
“Zamirə Hacıyeva başqa cür ifadə verə bilməzdi. Heç bir yerdə işləməyən, heç bir fəaliyyətlə məşğul olmayan Zamirə Hacıyeva üçün ən optimal yol məhz həmin qaydada ifadə verməsidir. Başqa cür ifadə versəydi, qanunsuzluqda iştirak etməsini təsdiqləmiş olardı.
Deməliydi ki, pullar ərimindir, özünün qanunsuzluqlarda iştirakını bununla təkzib etmiş olur. O da elə belə də ifadə verib. Zamirə Hacıyevanı belə bir ifadə verəndən sonra məsuliyyətə cəlb etmək olduqca çətindir. Deyəcək ki, bankda işləməmişəm, hər hansı bir sənəddə imzam yoxdur, qərar verən şəxs olmamışam”.
Hüquqşünas bildirib ki, Zamirə Hacıyeva həmin ifadəni verməklə faktiki olaraq özünü xilas edib, ancaq Azərbaycan tərəfinin üzərinə böyük bir yük qoyub:
“Böyük Britaniya tərəfi deyəcək ki, Zamirə Hacıyeva pulların hesaba həyat yoldaşı tərəfindən yatırılması haqda ifadə verib. Prinsipcə, arvadın ərdən pul götürməsi cinayət deyil və Azərbaycan qanunlarına görə də bu belədir. Zamirə Hacıyeva deyir ki, pulun mənbəyi haqda məlumatsızdır. Azərbaycan tərəfi də Londona gedib sübut etməlidir ki, Cahangir Hacıyev həmin pulları qanunsuz olaraq əldə edib.
Azərbaycan Baş Prokurorluğuna sübut və dəlilləri ortaya qoymaq üçün Böyük Britaniya tərəfindən 2019-cu ilin iyununa qədər vaxt verilib”.

Ən çox oxunanlar
Son xəbərlər