Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Deputat İstanbulda konfrans keçirdi – Foto

Baxılıb: 739     Tarix: 14-11-2018 13:50   
Millət vəkili Qənirə Paşayeva İstanbulda “Ailə, dövlət və toplum” adlı konfrans keçirib.
Qanunvehedef.az xəbər verir ki, millət vəkili Ənsar Vəqfinin və Üsküdar bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan konfransda türk dövlətlərinə və toplumlarına çağırış edib.
O, uşaqlara türk tarixinin öyrədilməsinin vacib olduğunu deyib.
“Uşaq ədəbiyyatının genişlənməsinə, məhz bu mövzular ətrafında proqram, film və teleserialların artırılmasına ehtiyac var. Gənclərin milli duyğu və düşüncə içində, savadlı böyüməsində ailə ilə yanaşı, cəmiyyətin üzərinə də öhdəliklər düşür”.
Deputat çıxışında Azərbaycanın və türk dünyasının ən böyük problemlərindən olan Qarabağın ermənilər tərəfindən işğalına da geniş yer ayırıb.
Tədbir çərçivəsində millət vəkili bir sıra QHT və KİV rəhbərləri, aydınlarla da görüşüb, geniş fikir mübadiləsi aparıb.
Millət vəkili eyni zamanda İstanbulda təhsil alan bir qrup azərbaycanlı tələbə ilə söhbət edərək onların qayğıları ilə maraqlanıb.
Q.Paşayeva daun sindromlu uşaqlara iş yeri imkanları yaradan “Təbəssüm kafesi”ndə olub, uşaqlar və qurumun rəsmiləri ilə görüşüb.
Deputat bu təcrübənin daha geniş şəkildə tətbiq edilməsinin vacibliyini qeyd edib, daun sindromlu uşaqlara və mərkəzə Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edib.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar