Xalqın keşiyində
Baxılıb: 1 356 Tarix: 15-11-2018 09:46
Haqqında şərh təqdim edəcəyimiz nüfuzlu ziyalı-Qabaqcıl təhsil işçisi adını şərəf və ləyaqətlə daşıyan YAP Neftçala rayon təşkilatının sədr müavini Neftçala şəhər 4 saylı tam orta məktəbin direktoru Şəfəq Balaşovadır.
Neftçala rayonunun sakinləri hər zaman siyasi fəallığı ilə seçilib və Ümummilli liderimiz Heydər Əliyev ideyalarına bağlılıq nümayiş etdirib. Rayonun əsas aparıcı siyasi qüvvəsi Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatıdır. Vurğulamaq lazımdır ki, bütün Neftçala ictimaiyyəti Ulu öndər Heydər Əliyev kursunun davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da inkişaf edəcəyinə inanır və Prezidentin apardığı sosial-iqtisadi siyasəti dəstəkl
Tərifə, nə təbliğə ehtiyacı yox onun
Balaşova Şəfəq Əlimərdan qızının
Yazdıq ki, örnək alsın ondan bütün cavanlar
Zəhmətiylə ucalsın hər an layiq olanlar
Necə ki, pillə-pillə öz məramına yetdi
Elmi bilikləriylə uğurlar əldə etdi
O böyük ziyalıya Yaşa! Var ol deyirik
-Sizə zirvəyə doğru yaxşı yol söyləyirik.
Mövzu ilə bağı bir məqamı da qeyd etməyi özümüzə borc bilirik: KİV nümayəndələrinin bir neçə bölgədə apardığı sorğuya əsasən Neftçala şəhər 4 saylı tam orta məktəbinə rəhbərlik edən daha Şəfəq Balaşovadan çox razılıqlar eşidilmişdir. Məktəbin Pedaqoji kollektivi, məzun və valideynlər, rayon əhalisi onun öz vəzifəsində məsul, diqqətli və qayğılı olmasının şahidi olduqlarını bildirirlər. Şəfəq Balaşova vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar. Hər il məktəbin məzunları yüksək balla ali məktəblərə qəbul olurlar.
Şəfəq Balaşovanın Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Bizdə hörmətli Şəfəq Balaşovanı dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Ən çox oxunanlar
Son xəbərlər