Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Ölkəyə narkotik gətirmək istəyən şəxs tutuldu

Baxılıb: 610     Tarix: 16-11-2018 12:30   
Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna daxil olan Türkmənistan Respublikası vətəndaşı Orazov Nurmammet Orazmammet oğluna məxsus yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.
DGK-dan Qanunvehedef.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitənin olmadığını bildirib.
Vətəndaş özünü şübhəli və narahat apardığı üçün onun üzərində şəxsi yoxlama aparılıb və əynindəki gödəkçənin sol üst cibindən üç bükümdə, ümumi çəkisi 13 qram olan narkotik vasitə - tiryək aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar