Xəbər lenti
16/09/2025 [14:14]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Metropoliten işçi axtarır: bu tələblərə cavab verən varmı?

Baxılıb: 728     Tarix: 16-11-2018 13:33   

Bakı Metropoliteni QSC mühəndis-ekoloq vəzifəsi üzrə işə qəbul elan edir.
QSC-dən Qanunvehedef.az-a verilən məlumata görə, işçi Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinə tələb edilir.
Müraciət etmək istəyən iddiaçılardan sahə üzrə ali təhsil tələb edilir. Müraciət edən şəxslərin 25-45 arası yaşı, 3 ildən yuxarı iş təcrübəsi, hərbi mükəlləfiyyətli olması da tələblər sırasındadır.
Rus və ingilis dilini sənədləşmə səviyyəsində, "Microsoft Office" proqramlarını istifadəçi səviyyəsində, istehsalat və tikinti sahələrində ətraf mühitin mühafizəsi normalarının tələblərə əsasən idarə olunmasını bilməli və dürüst və analitik düşünmə bacarığı olmalıdır.
Şəxsin vəzifə öhdəliklərinə ekoloji hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi, təhqiqat və monitorinqlərin aparılması, istehsalat proseslərinin ətraf mühitə etdiyi təsirləri azaltmaq üçün tədbirlərin görülməsi, həyata keçirilən ətraf mühit proqramlarının effektivliyinin yoxlanılması, ekoloji pozuntuların müəyyənləşdirilməsi və həll edilməsi daxildir.
Ondan həmçinin mikroiqlim laboratoriyasının işinə nəzarət etməsi, ətraf mühitin sağlamlığı və təhlükəsizliyi prosedurlarına dair işçilərin mütəmadi şəkildə məlumatlandırılması, qeydlər və sənədləşmə işlərinin aparılması, müəyyən olunmuş müdddətdə hesabatların tərtib edilməsi tələb ediləcək.шаблоны для dle 11.2