Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Geyimlərimi xüsusi hazırlatdırıram – Millət vəkili

Baxılıb: 712     Tarix: 19-11-2018 12:23   

Daha çox öz üzərimdə işlənmiş geyimlərə üstünlük verirəm. Geyimlərimi xüsusi olaraq hazırlatdırmağı daha çox sevirəm.
Kult.az xəbər verir ki, bu sözləri Milli Məclisin sədr müavini Bahar Muradova Modern.az-ın məşhurların yerli, yoxsa xarici brend geyimlərə üstünlük verməsilə bağlı keçirdiyi sorğunu cavablandırarkən deyib.
B.Muradova bildirib ki, geyimlərini xüsusi olaraq hazırlatdırmaq onu daha çox qane edir:
“Mən orta ixtisas təhsilli modelyer-texnoloqam. Bu işin texnologiyasını bilirəm. Gəncliyimdə geyimlərin dizaynını sınaqdan keçirmək istəklərim də olub. Öhdəsindən də pis gəlməmişəm.
Amma indi buna kifayət qədər vaxtım yoxdur. Ona görə də bu işi yaxşı bacaran dərzilərin köməyindən istifadə edirəm. Təbii ki, hərdən də müəyyən hazır geyimlər almaq qismətimə düşür.
Amma daha çox öz üzərimdə işlənmiş geyimlərə üstünlük verirəm. Bu məni daha çox qane edir”.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar