Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Paşayeva nüfuzlu qadınlarla bir arada – Foto

Baxılıb: 680     Tarix: 19-11-2018 13:51   

Millət vəkili Qənirə Paşayeva Yaponiya, Meksika, Nepal, Avstraliya, Livan, Çin, Malayziya və Ekvadorun fəal xanımları ilə görüş keçirib.
Qanunvehedef.az xəbər verir ki, millət vəkili xarici ölkələrin fəal xanımları ilə görüş zamanı Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolu barədə danışıb.
Deputat görüş zamanı Qarabağ həqiqətləri və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları ilə bağlı geniş məlumat verib.
Q.Paşayeva 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşdüyünü və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulduğunu bildirib.
Millət vəkili beynəlxalq aləmdəki nüfuzlu qadınları Ermənistanın törətdiyi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə seyrci qalmamağa çağırıb.
Xarici fəal qadınlar təmsil etdikləri ölkələrin Azərbaycanla əməkdaşlığın, dostluğun inkişafına böyük önəm verdiyini qeyd ediblər.
Görüşdə sözügedən ölkələrin qadın siyasətçləri, iş adamları, QHT, KİV nümayəndələri arasında qarşılıqlı səfərlərin vacibliyi, həmçinin münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlərin olduğu vurğulanıb.
Q.Paşayeva xarici fəal qadınlara Azərbaycanın iqtisadi potensialı, mədəniyyəti ilə bağlı da məlumatlar verib.






{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar