Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Nazir bu gənclərin taleyindən danışdı

Baxılıb: 603     Tarix: 21-11-2018 15:39   

“2007-2015-ci illərdə Azərbaycan Respublikası gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 gəncimiz dünyanın müxtəlif ölkələrində qabaqcıl ali təhsil müəssisələrdə bakalavr, magistr, doktorantura təhsili alıb.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov bu gün nazirlikdə keçirilən mətbuat konfdransında deyib. Nazir bildirib ki, həmin tələbələrin əksəriyyəti təhsili başa vurub ölkəyə qayıdıb, müxtəlif sahələrdə fəaliyyət göstərirlər.
“Apardığımız təhilillər zamanı həmin məzunların 60 faizinin özəl, 40 faizinin dövlət sektorunda fəaliyyət göstərdiyi məlum olub. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan məzunlarımızın böyük əksəriyyəti əmək fəaliyyəti ilə yanaşı, akademik fəaliyyət də göstərir. Yüzlərlə gənc ADA, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi və Dövlət İdarəçilik Akademiyasında dövlət proqramının məzunları işləyir, pedoqji fəaliyyətlə məşğul olurlar. Bu da o deməkdir ki, Dövlət Proqramı Azərbaycanın ali təhsil sisteminə töhfə verir”.
Nazir onu da vurğulayıb ki, Dövlət Proqramı çərçivəsində dünyanın inkişaf etmiş ölkələrinin ali təhsil müəssisələrinin ölkəmizdə filialı açılıb.
“Bu müddət ərzində yeni nəsil ali təhsil müəssisələri - ADA Universiteti, Bakı Ali Neft Məktəbi fəaliyyətə başladı. SABAH qrupları da bu proqramın bir hissəsidir. Bu müddət ərzində ölkə iqtisadiyyatı üçün vacib olan ikili diplom proqramları həyata keçirildi. Bu da ölkəmizin təhsil sisteminin beynəlxalq reytinq cədvəllərində yerinə təsir edən məqamlardandır. Bu proqramlar, xaricdə təhsil alan gənclərimizin ölkəyə geri qayıtması təhsil sisteminin inkişafına töhfəsini verəcək”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar