Xəbər lenti
01/05/2026 [12:08]
Baş nazirdən yeni qərar
Arxiv
«    Май 2026    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Anar Nəcəfli mükafata "rusca" layiq görüldü - Foto

Baxılıb: 688     Tarix: 23-11-2018 15:54   

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli yubiley medalı və fəxri diplomla təltif edilib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı A.Nəcəfli özü paylaşıb.
“Azərbaycan Avtomobil Yollarının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində səmərəli əmək fəaliyyətim nəzərə alınaraq, dövlət başçısının fərmanı ilə təsis edilmiş “Azərbaycan avtomobil yolları – 100 il (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı, həmçinin Yol təsərrüfatının həmkarlar ittifaqı işçilərinin beynəlxalq birlik şurası tərəfindən fəxri diplomla təltif edildim”, - Anar Nəcəfli bildirib.
A.Nəcəfli mükafat münasibətilə başda agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov olmaqla, əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Anar Nəcəfli təltif edildiyi fəxri fərmanın rus dilində yazılmasına aydınlıq gətirərkən bildirib ki, diplomu verən beynəlxalq təşkilatdır:
“Diplomu Rusiyada yerləşən Yol Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqının Şurası verib. Beynəlxalq təşkilatdır və Rusiyada yerləşdiyi üçün diplomun mətni ruscadır”.



{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar