Xəbər lenti
08/07/2025 [11:52]
POEZİYA -QƏNİ HÜSEYNOV
Arxiv
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

“Koroğlu” yükləndi: Stansiya çökə bilər? - Açıqlama

Baxılıb: 629     Tarix: 27-11-2018 12:58   

Artıq 4 gündür Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin yeri müvəqqəti olaraq dəyişdirilib. Mərkəz Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni “Koroğlu” metrostansiyasının piramidalı çıxışının arxasında təşkil edilir.
Qanunvehedef.az xəbər verir ki, bu məqsədlə sözügedən əraziyə ayrı-ayrı marşrut xətlərinin dayanacaqlarını bir-birindən ayıran beton arakəsmələr yerləşdirilib. Həmçinin ərazidə gün ərzində yüzlərlə avtobus və fasiləsiz olaraq sərnişin axını olur. Ümumilikdə Koroğlu NMM-də 32 müntəzəm marşrut xətti üzrə 500-ə yaxın avtobus fəaliyyət göstərir.
Sözügedən ərazi bu günə qədər Milli Gimnastika Arenasının dayanacaq məntəqəsi kimi istifadə edildiyindən demək olar ki, adətən boş olub.
Metrostansiyasının çıxışı olan sözügedən ərazinin birdən-birə bu qədər yüklənməsi narahatlığa səbəb olub.
Məsələ ilə bağlı sualları cavablandıran Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, heç bir təhlükədən söz gedə bilməz:
“Nəqliyyat Mübadilə Mərkəzi müvəqqəti əraziyə köçürülərkən təbii olaraq müvafiq qurumlarla müəyyən məsləhətləşmələr aparılıb. Hazırda Nəqliyyat Mübadilə Mərkəzi kimi fəaliyyət göstərən ərazi onsuz da avtomobil dayanacağıdır. Təhlükəli hal olsaydı, mərkəz ora köçürülməzdi”.
Qeyd edək ki, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi 23 noyabr tarixindən etibarən təmirə başlanıb. Bu səbəbdən mərkəz müvəqqəti olaraq yolun qarşı tərəfindəki əraziyə köçürülüb.шаблоны для dle 11.2