Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Deputatdan tıxac problemi ilə bağlı MARAQLI TƏKLİF

Baxılıb: 532     Tarix: 28-11-2018 18:00   

Sumqayıt şəhərinin inkişaf potensialı böyükdür.
Düzdür, bu gün bu imkanlar əvvəlki illərə, 70-ci illərin potensialına nisbətən az olsa da, keyfiyyət (heç şübhəsiz, ilk əvvəl ekoloji tarazlığın təmin edilməsi baxımından) baxımından yeni məzmun kəsb edir.
Odur ki, Sumqayıtın gələcək inkişafı bir növ Bakı meqapolisinin hədlərinin böyüməməsinə xidmət edir, səmərəsiz miqrasiya axınının qarşısını alır.
Bunu oxu.az-a açıqlamasında akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Son illərdə Sumqayıtın ikinci inkişaf mərhələsi yaşadığını, yeni müəssisələrin istifadəyə verildiyini deyən komitə sədrinin sözlərinə, bu şəhərdə çoxsaylı iş yerlərinin yaradılması Sumqayıtdan Bakıya axını xeyli yumşalda bilər.
"Bu, həm illərdir Bakı-Sumqayıt yolunda yaşanan dəhşətli tıxac probleminin nisbətən azaldılması, aradan qaldırılması, həm də asudə vaxtın daha çox olması baxımından müsbət bir addım olardı.
Sumqayıt inkişaf edir, imkanlar böyükdür, amma bu gün nə qədər çətin və mürəkkəb də olsa, Sumqayıtın 20-25 illik inkişaf konsepsiyası hazırlanmalıdır. Bu konsepsiyanın hazırlanması, təbii ki, əvvəlki dövrlərdən fərqli olaraq, bir sıra çətinliklərlə üzləşir. Çünki burada gələcəkdə yeni müəssisələrin yaradılması dövlətdən asılı deyil. Burada gələcəkdə daha çox özəl sektor inkişaf etməlidir.
Özəl sektorun inkişafını 10 ilə, 15 ilə proqnozlaşdırmaq isə çox çətindir. Amma bütün hallarda bu proqram hazırlanmalıdır", - deyə o əlavə edib.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar