Hafiz Hacıyev: Hadı Rəcəbli istəyir ki, insanlarda dövlətə qarşı kin-küdurət yaratsın
Baxılıb: 815 Tarix: 29-11-2018 14:44
"Hadı Rəcəbli kimi millətin əleyhinə səs verən adamların, vaxtilə Heydər Əliyevə xəyanət edən və sonra H.Əliyevi ələ salan insanların vasitəsi ilə gəlib Milli Məclisdə komitə sədri olması bu dövləti sevmək deyil"
Qanunvehedef.az bildirir kii, bunu Moderator.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Milli Məclisin ötən iclasında yaşayış minimumu və ehtiyac meyarı haqqında qanun layihələrinin müzakirəsi zamanı Hadı Rəcəblinin 143 manatla bir ay normal yaşamağın mümkün olduğunu deməsinə münasibət bildirərkən deyib:
"Hadı Rəcəbli kimi vaxtilə Azərbaycanın müstəqilliyinin əleyhinə səs verən adamlar istəyir ki, insanlarda dövlətə qarşı kin-küdurət yaratsınlar. Bu, onların bir nömrəli məqsədidir. Onlar heç vaxt dövlətə xidmət etmək istəmirlər. Hadı Rəcəblidən soruşmaq lazımdır ki, onu bir toya dəvət edəndə nə qədər pul yazdırır. Hələ bunun yas yeri - filan var. Onun bir gündə yeməyinə çəkdiyi xərc nə qədərdir. Hadı Rəcəblinin bu dövlətə, xalqa xidməti nə olub ki, Lənkəranda özünün heykəlini qoydurub. Bu gün orda mollaları öyrədib dövlət başçısının üzərinə qaldırırlar. Ona görə də H.Rəcəbli kimi millətin əleyhinə səs verən adamların, vaxtilə Heydər Əliyevə xəyanət edən və sonra H.Əliyevi ələ salan insanların vasitəsi ilə gəlib Milli Məclisdə komitə sədri olması bu dövləti sevmək deyil. H.Rəcəbli bilməlidir ki, dediyi 143 manat bir adamın bir gün normal yaşayışını təmin etmir. Əgər onun özü və yaxınları dediyi məbləğlə yaşaya bilirsə, biz buna etiraz etmirik. Biz yarı ac, yarı tox yaşayan adamlarıq. Səhər heç yemirəm, günortda da bir-iki manatlıq nəsə alıb yeyirik. Bizim ailələrimiz də bu şəraitdə yaşayır. Amma çox təəssüf ki, biz Azərbaycanın müstəqilliyini qazanıb və gətirib bu cür (yolverilməz ifadə)lərin əlinə verdik. Bizi "yandıran" budur.
Acınacaqlısı odur ki, Azərbaycanın müstəqilliyinin əleyhinə səs verən insanlar ölkədə "Şah" kimi yaşayır, amma bu da müvəqqətidir. Zaman özü hər şeyi həll edəcək, haqq-ədalət bərpa olunandan sonra Hadı Rəcəblilər xalq tərəfindən dar ağacından asılacaq. Buna çox az vaxt qalıb. Ona görə də H.Rəcəblinin fikirlərinı sərt qınayıram. Düzdü, dəfələrlə müəyyən adamlar vasitəsi ilə mənə sifariş göndərərək deyib ki, məndən nə istəyir. Mən H.Rəcəblidən vicdan, qeyrət və namusdan başqa heç nə istəmirəm. H.Rəcəbli dediyi məbləğlə dolana bilirsə, onun detallarını açıqlasın. Bu gün sağımız-solumuz düşmənlərimizdir. Bunlar belə fikirlər səsləndirməklə kimlərə xidmət edirlər, biz bunu bilməliyik".
H.Hacıyev ay ərzində bir ailəyə yaşamaq üçün beş min manata qədər pul lazım olduğunu bildirib:
"Bizdə övladlarım ayrı yaşayır. Ay ərzində yeməyim iki min manat pul tutur, amma onu alıb yeyə bilmirik. Dilənçi vəziyyətində yaşayırıq. Normal yaşamaq üçün 3 min və ya beş min manat pul lazımdır. Biz də insanıq axı. Hər ay on toya çağırılsan və hərəsinə də 100 manat yazdırsan min manat pul edir. Allah heç kimə qismət eləməsin o qədər də yas mərasimlərinə çağırılsan, o da xeyli pul edir. H.Rəcəbli indi dövlətin pulunu altına yığıb belə danışır. Düşünürəm ki, bu cür insanları xalqımız "top atəşinə" tutmalıdır. Bizim millət unutqan millətdir, millətin xeyrinə danışan, xalq üçün ömrünü "şam kimi əridən" insanlar ehtiyac içində yaşayırlar".
H.Hacıyev şəhid ailələrinə verilən 11 min manat kompensasiyanı da verə bilmədiyimizdən şikayətlənib:
"Bu gün şəhid ailələrimiz küçələrdə övladlarına veriləcək pulu ala bilmirlərsə, biz hansı kişilikdən danışırıq?! Şəxsən mən partiya sədri və siyasətçi olduğuma görə özümə nifrət edirəm. Dörd dəfə ölkədə prezidentliyə namizəd olan bir şəxs kimi yanıma yüzlərlə şəhid ailələri gəlir, amma biz onların pulunu verə bilmirik. H.Rəcəblinin nəvələri bu gün eyş-işrət işində yaşayır. Milləti bu cür ələ salmaq olmaz axı, nə vaxtsa bizdən bunun hesabını soracaqlar. Xalq bizi daşqalaq edəndə soruşacaq ki, Hafiz Hacıyev, bütün bunları gördüyünə görə niyə susurdun?! Ona görə də ortaya çox ciddi mövqe qoymalıyıq. H.Rəcəblini xeyirdə-şərdə görəndə dediyi sözlərə görə ondan cavab tələb etməliyik. Azərbaycan dövlətinin əleyhinə işləyən adamlara qarşı kəskin mövqe ortaya qoymaq lazımdır. Xalqımdan onu istəyirəm ki, öz haqları uğurunda mübarizə apararkən fəal olsunlar".
Ən çox oxunanlar
Son xəbərlər